Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır - ŞƏRH

Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır -  ŞƏRH

Bakı, 4 mart, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi artıq iqtisadi sabitlik göstəricisi olmaqla yanaşı, dövlətlərin geosiyasi mövqeyini, regional təsir imkanlarını və beynəlxalq etibarlılığını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov son illərdə qlobal miqyasda artan siyasi qarşıdurmaların, enerji bazarında qeyri-müəyyənliyin, nəqliyyat marşrutlarının risklərlə üzləşməsinin və ənənəvi təchizat kanallarında yaranmış problemlərin Avropanın enerji strategiyasında fundamental dəyişikliklərə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə, Rusiya–Ukrayna müharibəsi, İran-İsrail-ABŞ müharibəsi və Yaxın Şərqdə davam edən gərginlik Avropa dövlətlərini enerji mənbələrinin şaxələndirilməsini sürətləndirməyə, yeni və etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq qurmağa vadar edir. Belə mürəkkəb geosiyasi reallıqda nəzərlər həm sabit və etibarlı enerji təchizatçısı, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı olan Azərbaycana yönəlir.

Azərbaycanın enerji siyasəti təsadüfi və situativ qərarlara deyil, ardıcıl və institusional əsaslara söykənən uzunmüddətli strategiyaya əsaslanır. 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş beynəlxalq neft sazişi ölkənin müasir enerji diplomatiyasının başlanğıc nöqtəsi olub. Bu müqavilə, yalnız xarici investisiyaların cəlb edilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq enerji sisteminə inteqrasiyası və qlobal tərəfdaş kimi tanınması baxımından mühüm dönüş nöqtəsi idi. Sonrakı illərdə həyata keçirilən layihələr bu ilkin strategiyanın məntiqi davamı kimi çıxış edib, ölkənin enerji sektorunu regional və qlobal miqyasda daha cəlbedici edib.

Bu kontekstdə Bakı–Tbilisi–Ceyhan boru kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri enerji əməkdaşlığının əsas sütunları kimi formalaşıb. Hər iki layihə iqtisadi gəlirlərlə yanaşı, region dövlətləri arasında qarşılıqlı asılılığın artmasına, siyasi dialoqun genişlənməsinə və beynəlxalq enerji xəritəsində Cənubi Qafqazın strateji mövqeyinin möhkəmlənməsinə xidmət edib. Bu infrastruktur təşəbbüsləri nəticəsində Azərbaycan Xəzər hövzəsinin enerji ehtiyatlarını Qərb bazarlarına təhlükəsiz və alternativ marşrutlarla çatdıran əsas körpüyə çevrilib.

Enerji siyasətinin növbəti mərhələsi isə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə bağlıdır. Bu, çoxkomponentli sistem Xəzərdə hasil olan təbii qazı Avropaya nəql edən strateji enerji arteriyası kimi qiymətləndirilir. Dəhlizin əsas hissələrindən biri Cənubi Qafqaz Qaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyə ilə sərhədə qədər daşıyır. Layihənin daha bir komponenti olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını Gürcüstan sərhədindən Türkiyə ərazisi boyunca Yunanıstan sərhədinədək nəql edir. Bu kəmər Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Avropaya qaz ötürülməsi üçün əsas tranzit xətt rolunu oynayır. TANAP-ın ilkin ötürmə gücü 16 milyard kubmetr olub və 17 fevral 2026-cı il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada Prezident İlham Əliyev gələcəkdə TANAP-ın illik həcminin 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Dəhlizin digər bir komponenti olan Trans-Adriatik boru kəməri (TAP) 2020-ci il dekabrın 31-də istismara verilib və bununla da Azərbaycan qazının birbaşa Avropa bazarına çıxışı təmin edilib. Bu hadisə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni mərhələnin başlanğıcı olub.

Rəsmi statistik göstəricilər enerji sektorunda müşahidə olunan artım dinamikasını aydın şəkildə nümayiş etdirir. 2017-ci ildə ölkədə təbii qaz hasilatı 28,6 milyard kubmetr təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 51,5 milyard kubmetrə yüksəlib. Eyni dövrdə, qaz ixracı 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər yüksəlib. Bu artımın əsas səbəbi Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, infrastrukturun gücləndirilməsi və uzunmüddətli müqavilələrin imzalanmasıdır. İxrac edilən qazın 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac olunub. Azərbaycandan qaz idxal edən 16 ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya – 13-ü Avropa ölkəsidir, o cümlədən 10 ölkə Avropa İttifaqının üzvüdür. Statistik rəqəmlərdən aydın olur ki, Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql etməklə, Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Bu fakt ölkənin Avropanın enerji təhlükəsizliyində sistemli və artan rolunu bir daha təsdiq edir.

2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış strateji enerji tərəfdaşlığı sənədi əməkdaşlığın yeni mərhələsini müəyyən edib. Həmin razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya illik tədarük həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə mövcud boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılır.

Enerji təhlükəsizliyi məsələsinin mühüm komponentlərindən biri də regional sabitlikdir. Cənubi Qafqazda uzun illər davam etmiş münaqişələrin aradan qaldırılması istiqamətində atılan addımlar enerji layihələrinin davamlılığını birbaşa şərtləndirir. 2025-ci il avqustun 8-də ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verib. Azərbaycan – Ermənistan münasibətlərində qarşıdurmadan əməkdaşlığa keçid, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən enerji və logistika kommunikasiyalarının açılması regionun geoiqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır. Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) perspektivdə Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat körpüsünə çevrilməsi ehtimalı Azərbaycanın sülh təşəbbüslərinin strateji əhəmiyyətini bir daha ifadə edir.

Azərbaycanın beynəlxalq platformalarda sülh gündəliyini təşviq etməsi isə xüsusilə diqqətəlayiqdir. Dünya İqtisadi Forumu çərçivəsində irəli sürülmüş Sülh Şurası təşəbbüsünə təsisçi üzv kimi qoşulması, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə sülh və əməkdaşlıq çağırışları ölkənin qlobal təhlükəsizlik arxitekturasında artan rolunu nümayiş etdirir. Enerji layihələrinin təhlükəsiz və fasiləsiz icrası üçün sabit siyasi mühit əsas şərt olduğundan, Azərbaycanın regional sabitliyə verdiyi töhfə Avropanın enerji təhlükəsizliyinin də mühüm təminatlarından biridir.

Bununla yanaşı, enerji siyasətinin gələcək istiqamətləri bərpaolunan enerji və dekarbonizasiya hədəfləri ilə sıx bağlıdır. Avropa İttifaqının uzunmüddətli məqsədi iqlim neytrallığına nail olmaqdır və bu prosesdə keçid mərhələsində təbii qaz sabitləşdirici rol oynasa da, yaşıl enerji layihələrinin inkişafı əsas prioritetlərdəndir. Azərbaycan bu kontekstdə təkcə qaz ixracatçısı kimi deyil, həm də bərpaolunan enerji sahəsində perspektivli tərəfdaş kimi çıxış edir. Avropa Komissiyasının 2026-cı ildə Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya regionlarında enerji bağlantılarına dair hazırladığı analitik icmalda da Azərbaycanın bərpaolunan enerji mənbələriylə bağlı bir sıra (“Masdar 1 GW Renewables Portfolio (solar + wind)”) layihələrin Avropanın dekabornizasiya hədəfləri ilə üst-üstə düşdüyü qeyd edilib.

Ötən il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Prezident İlham Əliyev açılış nitqi zamanı 2030-cu ilə qədər ölkədə 6 giqavat gücündə Günəş və külək enerjisi istehsalının təmin olunmasının planlaşdırıldığını qeyd edib. Artıq imzalanmış müqavilələr və həyata keçirilən layihələr bu hədəfin real əsaslara söykəndiyini göstərir.

Azərbaycan və Avropa daxil olmaqla 27 ölkənin, 11 beynəlxalq maliyyə institutu və təşkilatın, həmçinin 49 enerji şirkətinin iştirakı ilə 3 mart 2026-cı il tarixində ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasında səsləndirilən fikirlər, bir daha Azərbaycanın regionda sülh təminatçısı kimi və Avropada isə enerji təminatçısı kimi yüksək nüfuzunun göstəricisi kimi dəyərləndirilə bilər. “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalar, “Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası” kimi bölmə iclaslarında səslənən fikirlər də, belə deməyə əsas verir ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu gələcəkdə daha da artacaqdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasında dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi “....Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, düşünürəm auditoriyanın bilməyi vacib olardı ki, biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır”,- fikirlər də Avropanın enerji təminatı və təhlükəsizliyində Azərbaycanın gələcək perspektivlərini ifadə edir. Ölkəmiz 2030-cu ildən etibarən bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin də ixracına başlayacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinə daha bir töhfə olacaq. Bu isə o deməkdir ki, Azərbaycan qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdətinə sərmayə yatıran ölkə kimi dünyaya nümunədir.

İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında qurulmuş 270 meqavatlıq su elektrik stansiyaları, eləcə də istismara verilmiş 30-dan artıq kiçik SES regionun yaşıl enerji potensialının reallaşdırılmasına xidmət edir. Bu layihələr nəticəsində daxili elektrik istehsalında istifadə olunan təbii qaza qənaət ediləcək və daha böyük həcmdə qazın ixraca yönəldilməsi mümkün olacaq. Beləliklə, yaşıl enerji strategiyası həm daxili enerji balansının optimallaşdırılmasına, həm də Avropanın təchizat təhlükəsizliyinə əlavə töhfə verir.

“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında imzalanmış memorandum əsasında Qara dənizin dibi ilə çəkiləcək 1155 kilometrlik yüksəkgərginlikli kabel xətti Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini birbaşa birləşdirəcək. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi ilə bağlı aparılan müzakirələr də layihənin Avropa miqyasında prioritet layihə kimi qəbul edildiyini göstərir.

Beləliklə, araşdırmalar bu nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aparıcı rolu çoxşaxəli və institusional əsaslara söykənir. Ölkə zəngin enerji ehtiyatlarına, inkişaf etmiş infrastruktur şəbəkəsinə, sabit siyasi mühitə və fəal sülh diplomatiyasına malik olmaqla regional və qlobal enerji arxitekturasında mühüm yer tutur. Enerji ixracının artımı, yaşıl enerji layihələrinin genişlənməsi, regional sabitliyin təşviqi və beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlıq Azərbaycanın həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Bu reallıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aparıcı dövlət statusunu obyektiv şəkildə əsaslandırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib