Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılıb ŞƏRH

Azərbaycan-Çin münasibətlərində yeni səhifə açılıb ŞƏRH

Bakı, 13 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə can atması artıq ənənə halını alıb. Ölkə Prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri, həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Bu kimi hallar beynəlxalq media qurumlarını növbəti dəfə Prezident İlham Əliyevə müsahibə almaq üçün müraciət etməyə sövq edir. Davos Forumunda Çinin CGTN telekanalının ölkə başçısından müsahibə götürməsi bunun təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat diqqətə çatdırıb ki, müsahibədə jurnalistin verdiyi sualların məzmunu, istiqamətləri Azərbaycan Prezidentinin siyasi nüfuzundan, onun fikir və proqnozlarına olan ehtiyacdan xəbər verir: “Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü təmin etməsi, siyasi sabitliyin və iqtisadi inkişafın mövcudluğu ölkəmizə beynəlxalq münasibəti müsbətə doğru dəyişib. Azərbaycanın öz milli mənafeyini qoruması, bütün dövlətlərlə yaxşı əlaqələr qurması və cəmiyyətdə mövcud olan sabitlik bizə imkan verir ki, öz maraqlarımızı müdafiə edə bilək. Daxili sabitliyin, milli birliyin olmadığı ölkələrin hökumətləri xarici siyasətdə də milli maraqlarını müdafiə edə bilmirlər, hücumlar qarşısında geri çəkilirlər. Güclü iqtisadiyyatın qurulması, ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsinin cəmi 6,9 faiz olması, həyata keçirilən genişmiqyaslı layihələr Cənubi Qafqazda və Xəzər regionunda etibarlı mövqe tutmağımıza səbəb olub.

Aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 5 faizə enib. Həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Orta Dəhlizlə bağlı görülən işlərin məqsədi özəl sektoru inkişaf etdirməkdir. Hədəfimiz Orta Dəhlizlə yükaşırma qabiliyyətini daha da artırmaqdır. Əldə olunan gəlirlər hesabına yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş vəK külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq”.

Mehriban Vəliyeva qeyd edib ki, müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan Prezident İlham Əliyev ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirib: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan deputat bildirib ki, sammit qlobal iqlim böhranından əziyyət çəkən ölkələrə öz problemlərini, tələblərini irəli sürməyə imkan verdi: “COP29-da Azərbaycan Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzaladı. Bu öz növbəsində ölkəmizin Çinin enerji kabelinə qoşulmasına imkan yaradacaq. Ümumiyyətlə, COP29 Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadı. Bütün dünya ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu gördü. Prezident İlham Əliyev müsahibədə həm COP29 sammitinin beynəlxalq əhəmiyyəti, həm də Azərbaycanın əldə etdiyi uğurun sirri barədə geniş danışdı. Bildirdi ki, dövlət başçısı bütün xarici təzyiqlərə, təhdidlərə baxmayaraq, sona qədər ölkəsinin milli maraqlarını qorumalı, xalqına qarşı dürüst olmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumunda aparılan müzakirələr dünyanın düzgün istiqamətdə inkişafı üçün əvəzolunmazdır

İğdır valisi Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına töhfəsinə görə mükafatlandırılıb

İsrailin sabiq Prezidenti: Qlobal səhiyyə problemlərinn Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub

Azərbaycan paralimpiyaçısı bu gün beynəlxalq turnirdə iştirak edəcək

Nazir: Səhiyyə sənayesi texnoloji irəliləyişlərin və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacaq

Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Azərbaycanın U-21 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib

Ançelotti sıx oyun qrafikindən şikayətlənib

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Latviyada Novruz bayramı qeyd olunub

Bakıda “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusunda müzakirələr aparılır

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub

Temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platformadır ŞƏRH

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

Qaradağ rayonunda əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb

İtaliya sahillərində 4,7 bal gücündə zəlzələ olub

Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qlobal Bakı Forumu: Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var - YENİLƏNİB

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi təqdim edilib

Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır

Bərdədə yaşayış binasının eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb VİDEO

Əvvəllər məhkum olunmuş şəxslərdən narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirilib - YENİLƏNİB

Real TV-nin 7 yaşı tamam olur

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Martın 15-də İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

“Xəmsə” şadlıq evində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb VİDEO

Müfti Ravil Qaynutdin: İslam dünyası Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Xəzər və Nəsimi rayonlarında oğurluq edən iki şəxs saxlanılıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

 Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Ə.Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tomas Lamanauskas: Hazırda dünyada süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 11 məktəblisi uğur qazanıb

Rosen Plevneliyev: XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələlərdəndir

Azərbaycan futzal millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb

Yunanıstanın sabiq baş naziri: Texnologiyalar bəşəriyyətə xidmət etməlidir

Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

Yeni ölçmə zamanı Fuci dağının daha hündür olduğu müəyyənləşib

Azərbaycanın üç boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Ağstafada avtomobil piyadanı vuraraq öldürüb VİDEO

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Zaqatalada Şıxəli Qurbanovun 100 illik yubileyi qeyd olunub

Tədqiqat: Diqqət xətalarının məkan yaddaşına təsiri aydınlaşdırılıb

Deputat: Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Superliqa: “Qalatasaray” üç xala darmadağınla sevinib

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac” mövzusunda panel iclas keçirilib

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub

“Güllər rüzigarı” adlı sərgi açılıb

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri təltif ediliblər

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

İsveçrənin RTS kanalı Əlcəzair müharibəsi zamanı Fransanın kimyəvi silahdan istifadə etdiyini açıqlayıb

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ VİDEO

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib VİDEO

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib