AZƏRBAYCAN CÜDOÇULARI KOMANDA HESABINDA BİRİNCİ YERİ TUTMUŞLAR
Yarışların sonuncu günü 7 çəki dərəcəsi üzrə qaliblər məlum olmuşdur. Kişilər arasında Azərbaycan cüdoçusu Mehman Əzizov (81 kq), Gürcüstan idmançıları Georgi Mamlikaşvili (90 kq), Levan Jorjoliani (100 kq) və Georgi Kızılaşvili (100 kq-dan yuxarı), qadınlar arasında Ukrayna cüdoçuları Svetlana Şepulyani (70 kq), Anastasiya Matrosova (78 kq) və Marina Prkofyeva (78 kq-dan yuxarı) birinci yeri tutaraq kuboka sahib olmuşlar. Azərbaycan idmançısı Zaur Bağırov (100 kq) bürünc medal qazanmışdır.
Xatırladaq ki, yarışların ilk günü Azərbaycan cüdoçularından Kifayət Qasımova (57 kq), Ramil Qasımov (66 kq) və Elməddin Əhmədov (73 kq) birinci yerə çıxaraq, dünya kubokunu əldə etmişdilər.
Həmin gün Sima Hüseynova (48 kq), Kəmalə Hüseynzadə (63 kq) və Ravil Quliyev (60 kq) üçüncü yeri tutmuşdular.
Beləliklə, Azərbaycan cüdoçuları qazandıqları medalların sayına görə, komanda hesabında da birinci yerə çıxmışlar.
Yarışlarda 13 ölkədən 180-ə yaxın cüdoçu 14 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]