Azərbaycan Dillər Universitetində ədəbi müsabiqə təşkil edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dilində oxu müsabiqəsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müasir Çin dövlətinin qurucusu, XX əsrin görkəmli dövlət xadimi və siyasətçisi Mao Tszedunun 125 illik yubileyinə həsr olunmuş ədəbi müsabiqədə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, siyasi işlərlə yanaşı, Tan sülaləsinin klassik formada yazdığı təxminən 20 şeir Mao Tszedunun ədəbi irsinə daxil edilib. Tan dövrü Çin poeziyasının “Qızıl dövrü” hesab olunur. Bu poeziya yüksək insani duyğuları və düşüncələri, ölkənin sevgisi, dostluq idealları, vəzifə sadiqliyi ilə zəngindir.
Müsabiqədə tələbələr Mao Tszedunun “Çanşa”, “Böyük yürüş”, “Qar”, “Li Şui tərəfindən cavab” və “Əriyin çiçəyi üçün qəsidə” adlı məşhur şeirlərini oxuyublar. İştirakçıların çıxışları ifadəli oxu, ədəbi danışma, həssaslıq və perfomansın orijinallığı kimi meyarlara əsasən qiymətləndirilib. Sonda müsabiqənin bütün iştirakçılarına mükafatlar təqdim olunub.