AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI TEATR-KONSERT MÖVSÜMÜNÜ AÇIR
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 17-də bu musiqi ocağında yeni mövsümün açılışı olacaqdır. Xalq artisti, professor Yuri Simonovun rəhbərlik etdiyi MDB-nin Gənclər Simfonik Orkestrinin konserti 18 sentyabr - Milli musiqi gününə həsr ediləcəkdir. Rusiyanın əməkdar artisti, virtuoz pianoçu Denis Matsuyevlə görüş bakılılar üçün sürpriz olacaqdır.
Konsertin proqramına Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, İoqann Ştrausun “Mavi Dunayda vals”ı, Rixard Vaqnerin “Nürnberq meysterzingerləri”, Coakkino Rossininin “Sevilya bərbəri”, Cüzeppe Verdinin “Taleyin gücü” operalarının uvertüraları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]