AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA YENİ İNTERNET MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə ADNA-nın rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev çıxış edərək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Rəhbərlik etdiyi ali məktəbdə təhsillə bağlı həyata keçirilən tədbirlərdən danışan S.Qarayev, yeni internet mərkəzinin yaradılmasında xidməti olanlara təşəkkürünü bildirmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı ölkələrimiz arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir.
“Karel” şirkətinin respublikamızdakı nümayəndəsi Orçun Aydoğan və digər natiqlər də internet mərkəzindən geniş və səmərəli istifadə ediləcəyinə əmin olduqlarını söyləmiş, müəllim və tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonra tədbir iştirakçıları 20 müasir kompyuter və digər lazımi texniki avadanlıqla təmin edilmiş internet mərkəzi ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]