Azərbaycan Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda təmsil olunacaq
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə gedib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər Misirin Baş Müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. Şeyxülislam A. Paşazadə oktyabrın 18-19-da Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumuna qatılacaq və məruzə ilə çıxış edəcək.
Misirin Prezidenti Əbdülfəttah Əs-Sisinin ali himayəsi ilə keçirilən Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyinin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş şeyxülislam A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.
Səfər çərçivəsində QMİ sədrinin üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin Baş İmamı Şeyx Əhməd ət-Təyyib və Misir dövlətinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:21]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib
- 12.06.2026 [12:54]
İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
- 12.06.2026 [12:42]