AZƏRBAYCAN FOLKLORU NÜMUNƏLƏRİNDƏN İSTİFADƏ İLƏ BAĞLI MONİTORİNQLƏR APARILIR
Agentlik folklor nümunələrinin hüquqi qorunması sahəsində 10-a yaxın normativ-hüquqi akt və xidməti təlimatların layihələrini işləyib hazırlamışdır. Agentlik yayım təşkilatlarının verilişlərində və müxtəlif nəşrlərdə folklor nümunələrindən istifadə olunarkən Qanunun tələblərinə riayət edilməsini müəyyənləşdirmək üçün mütəmadi olaraq monitorinqlər keçirir. Agentlikdə bu məqsədlə xüsusi audio-video qurğuları quraşdırılmış, folklor nümunələrindən istifadə hallarının qeydə alınması məqsədilə məlumat forması yaradılmışdır.