İDMAN
Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib
![Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib](/files/2024/3/1200x630/17338140091842765014_1200x630.jpg)
Bakı, 10 dekabr, AZƏRTAC
Avropa çempionatının əsas mərhələsində İsveçlə keçirəcəyi oyunun hazırlığını davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Kənan Manafov zədəli olduğuna görə Emil Həsənzadə ilə əvəzlənib.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.