AZƏRBAYCAN GƏNCLƏRİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, noyabrın 21-də Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) Gənclər və İdman Nazirliyində “Yeni gənclər + yeni əməkdaşlıqlar = yeni layihələr” adlı Bakıda keçiriləcək beynəlxalq layihə ilə bağlı tədbir keçirmişdir.
AKİB-in icraçı direktoru Səbuhi Rzayev bildirmişdir ki, layihə Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Türkiyə Milli Gənclər Agentliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Noyabrın 25-dək davam edəcək tədbirdə Azərbaycan gəncləri ilə yanaşı Yunanıstan, Macarıstan, İngiltərə, Fransa, Macarıstan, Danimarka, Norveç, Estoniya, Litva, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və Türkiyədən gəlmiş gənc liderlər də iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa Birliyinə qonşu olan ölkələrdəki gənclər təşkilatlarının bu beynəlxalq qurumun Gənclər Proqramı çərçivəsində birgə fəaliyyətini və əməkdaşlığını genişləndirmək, gələcəkdə birgə layihələrin hazırlanması və artırılmasına təkan vermək, Azərbaycanda müxtəlif qruplarla fəaliyyət göstərən gənclər təşkilatlarını tanımaq və digər məsələləri müzakirə etməkdir.
Layihə çərçivəsində keçiriləcək təlim kursları beynəlxalq statuslu təcrübəli mütəxəssislər tərəfindən aparılacaqdır. Tədbirə qatılmış gənclər səfər çərçivəsində təmsil etdikləri ölkələrin mədəniyyətlərini, tarixini, musiqisni, adət-ənənələrini, milli yeməklərini təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]