Azərbaycan gimnastı dünya kubokunun finalında
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə dünya kubokunda gimnastika tirində hərəkətlərin yekunu üzrə finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, təsnifatın nəticələri üzrə Marina Nekrasova 13,000 bal toplayaraq 5-ci yeri tutub.
Digər gimnastımız Yuliya İnşina isə 12,200 bal yığaraq finalın ehtiyatda olan ilk idmançısı yerini tutub.
Həmçinin finala Avstraliya təmsilçiləri Emma Nedov və Emili Littl, rumın gimnast Katalina Ponor, çinli Sen-yu Vanq, Yunanıstan idmançısı Vasilika Millusi, türkiyəli Göksu Uctaş Şanlı və İsrail təmsilçisi Ofir Kremer yüksəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]