Azərbaycan Güləş Federasiyasının rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər.
AGF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, idmançılara öz tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” İK federasiya tərəfindən zəruri inventarla təmin edilib. Klubda məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]