Azərbaycan-Gürcüstan əlaqələrinin mövcud səviyyəsi məmnunluq doğurur
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyulun 7-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləmiş, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata keçirilməsində uğurla əməkdaşlıq etdiyini vurğulamışdır. Nazir Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətdən danışaraq bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın bölgədəki inkişaf proseslərindən və regional layihələrdən kənarda qalmasının əsas səbəbinin bu ölkənin işğalçı siyasəti ilə bağlı olduğunu demişdir.
Gürcüstan parlamentinin sədri David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına mühüm töhfə verdiyini söyləmişdir.
O, Azərbaycan ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş və hər iki ölkənin parlamentinin bu xüsusda töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]