Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN, GÜRCÜSTAN, RUMINİYA VƏ MACARISTANIN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ DÖRDTƏRƏFLİ GÖRÜŞÜ

AZƏRBAYCAN, GÜRCÜSTAN, RUMINİYA VƏ MACARISTANIN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ DÖRDTƏRƏFLİ GÖRÜŞÜ

Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev tədbir keçirilən binada Rumıniyanın və Gürcüstanın prezidentlərini, Macarıstanın Baş nazirini qarşıladı.

Dördtərəfli görüşün iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxış etdi.

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli prezidentlər!

Hörmətli Baş nazir!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda salamlayıram. Sizi görməyə çox şadam. Hesab edirəm ki, bugünkü görüş uğurlu olacaq və biz yaxşı nəticələr əldə edəcəyik. Bu sammitin təşkilində bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər görüblər. Əminəm ki, bugünkü iclas, buradakı müzakirələr və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Əminəm ki, növbəti aylarda biz çox çalışacağıq ki, planlaşdırdığımızı həyata keçirək.

Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və qaz sahəsində bizim böyük ənənələrimiz vardır. Açıq dənizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub. Ötən əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük hissəsi Azərbaycanda hasil edilirdi. Lakin Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi çətinliklərlə üzləşmişdik. O zaman neft və qaz hasilatında böyük tənəzzül və özümüzü daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə, mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərmayələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamətdə siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft müqaviləsi imzalandı. Bu, sonralar “Əsrin müqaviləsi” adlandırıldı və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində yeni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sərmayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qarşılıqlı maraqlar əsasında çox fəal və hərtərəfli əməkdaşlığa başlamağımıza şərait yaratdı.

Mən bütün bunların necə baş verdiyini və həmin əməkdaşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatırladıram. Zənnimcə, ən böyük nəticə neft və qaz sahəsində güclü əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradılması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk dəfə Qərb istiqamətinə nəql olunmağa başlandı. İlk dəfə olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatların hasilatı və satılması məsələsi deyildi. Bu, böyük məna kəsb edirdi və geniş regional əməkdaşlığa yol açdı və hazırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir.

Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda, yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu. Cənubi Qafqaz adlandırılan qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehtiyatların kənar təchizat asılılığından yaranan vəziyyətdən yaxşı xəbərdarıq. Çünki bir müddət biz də təbii qazı idxal edirdik.

Biz, eyni zamanda, Xəzər dənizinin şərqindəki tərəfdaşlarımız üçün tranzit ölkə olmuşuq. Bu gün də belədir və biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Düşünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı - hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır. Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır.

Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır.

Hesab edirəm ki, bugünkü sammitin keçirilməsinin əsas səbəblərindən biri təmsil etdiyimiz ölkələr arasında mövcud olan möhkəm əlaqələrdir. Bizim Gürcüstan, Rumıniya və Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqələrin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqələrin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çalışacağıq.

Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını müxtəlif beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası və siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib. Bu ixracatın istiqamətləri genişlənir və həcmi də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard kubmetr olacaqdır və bu, bizə ənənəvi istiqamətlər üzrə ixracatı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı dörd qonşu ölkəyə ixrac edirik və həmin ixracatın həcmi artmaqdadır. Bizim təsdiq olunmuş böyük ehtiyatlarımız vardır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, bəlkə də yüz ilə kifayətdir.

Mühüm məsələ odur ki, qazımızı müxtəlif bazarlara nəql etmək üçün artıq infrastrukturumuz vardır. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikintisi regionlarımız arasında qaz sahəsində əməkdaşlığın inkişafı üçün böyük rol oynamışdır. Lakin bu, nisbətən məhdud həcmə malik olan ilkin bir addım oldu. Hazırda biz şaxələndirmənin hamımıza fayda gətirəcəyini nəzərə alaraq yeni marşrutların müəyyənləşdirilməsi istiqamətində çalışırıq. Bu işləri görmək üçün planlarımız və güclü siyasi iradəmiz vardır. Mən əminəm ki, bu gün müzakirə edəcəyimiz məsələlər regionun gələcək enerji xəritəsi üçün çox mühüm rol oynayacaqdır. Əslində, biz enerji xəritəsini dəyişdiririk. Biz hasilat, nəqletmə, ixracat marşrutları və yeni marşrutların yaranması imkanları haqqında ənənəvi anlayışları dəyişdiririk. Biz bu vəziyyəti dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi iradəsidir və eyni zamanda, praktiki layihələr, səylərin əlaqələndirilməsi üzrə ciddi bir işdir. Mən əminəm ki, ölkələrimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviyyəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə yeni bir şərait yaradacaqdır.

Qeyd etdiyim kimi, biz qonşu ölkələrlə enerji sahəsində fəal əməkdaşlıq edirik. Eyni zamanda, biz Avropa təsisatları ilə də sıx çalışırıq. Dörd il bundan əvvəl biz Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa dair memorandum imzalamışıq və bu təmaslar çox fəaldır. Mən çox şadam ki, bu gün Avropa İttifaqının iki üzv ölkəsi və Cənubi Qafqaz regionunun iki ölkəsi bu sammitdə iştirak edir. Uzun illər enerji sahəsində fəal əməkdaşlıq edən bu ölkələr indi bir komanda kimi çalışır. Mən çox istərdim ki, biz gələcəkdə də birgə çalışaq. Bu, bizə qaz potensialımızı reallaşdırmağa kömək edəcək, bizim üçün yeni bazarlar açacaq və eyni zamanda, imkan verəcək ki, Avropa istehlakçılarının Xəzər regionuna, onun karbohidrogen ehtiyatlarına çıxışını təmin edəcək layihələr üzrə birgə çalışaq. Fikrimcə, əgər biz bütün maraqları üst-üstə qoymağa nail olsaq, qarşımızda aydın mənzərə və çox vədedici gələcək olacaqdır. Əminəm ki, dünən həmkarlarımla apardığım və bu gün cənab Baş nazirlə aparacağım danışıqlar bu əməkdaşlıq ruhunu gücləndirəcəkdir.

Bu gün biz AGRİ adlanan layihə üzrə bəyannamə imzalayacağıq. Bu yeni bir addır və ola bilsin ki, onun haqqında hamının məlumatı yoxdur. Lakin yeni olmaq arxada qalmaq demək deyildir. Düşünürəm ki, bizim yaxşı dinamika, sürət və sadiqliklə indiyədək müzakirə olunan bütün layihələr arasında lider olmağa yaxşı imkanımız vardır. Biz Cənub dəhlizinə aid layihələr üzərində çalışmağa davam edəcəyik və fikrimcə, AGRİ layihəsinin çox yaxşı potensialı vardır. Çünki biz onu irəliyə doğru aparmaq üçün aramızda olan güclü sadiqliyi görürük. Əvvəl qeyd etdiyim kimi, biz artıq bir çox hazırlıq işlərini görmüşük, anlaşma memorandumu imzalanıb və bu gün mühüm sənəd imzalanacaqdır. Bu səbəbdən güclü sadiqliklə, səylərimizi birləşdirməklə, əminəm ki, biz yaxşı nəticələr əldə edə biləcəyik. Fikrimcə, regionumuzda enerji əməkdaşlığının yeni səhifəsini aça bilərik və açmalıyıq, baxmayaraq ki, AGRİ layihəsi haqqında çoxlarının məlumatı yoxdur. Əminəm ki, bu sammitdən sonra AGRİ layihəsi regionumuzda və Avropada olan mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaqdır.

Beləliklə, çıxışımın sonunda bugünkü toplantıdan məmnunluğumu bildirmək istərdim. Əziz qonaqlar, dəvətimi qəbul etdiyiniz üçün sizə çox minnətdaram və əminəm ki, bugünkü tədbir yaxşı nəticələrlə güclü əməkdaşlığın başlanılması kimi tarixə düşəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ tədbirin təşkilinə görə təşəkkür etdi. Bildirdi ki, bu layihənin böyük perspektivləri vardır və enerji təhlükəsizliyinin mühüm amilə çevrildiyi indiki məqamda dünyada yeni nəql marşrutlarının çəkilməsi vacibdir. O, bu məsələdə Azərbaycanın roluna diqqəti çəkərək dedi:

-Böyük adət-ənənə vardır. Bu ənənənin önündə Azərbaycan gedir. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada neft ilk olaraq Azərbaycanda hasil edilmişdir. Bəli, ilk neft burada hasil olunmuş və Gürcüstanda Batumi vasitəsilə dünyaya ixrac edilmişdir. Dünya tarixində ilk boru kəməri, həmçinin Bakıdan Batumiyə çəkilən boru kəməri olmuşdur. İlk tankerlər də Azərbaycan neftinin Gürcüstanın Batumi limanından Avropa istiqamətində daşınması məqsədi ilə inşa edilmişdir. Zənnimcə, biz bu dəhlizin müəllifləriyik. Əgər coğrafiyaya nəzər yetirsəniz görərsiniz ki, bir çox dəyişikliklər baş vermişdir. Mərhum Prezident Heydər Əliyevin dövründən əvvəl Gürcüstanda yalnız iki liman var idi - Poti və Batumi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi tarazlı siyasət nəticəsində Gürcüstanda əlavə iki liman yaradıldı - Supsa və Kulevi. Bu, böyük inkişafdır.

Mixeil Saakaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı və bildirdi ki, Asiyadan başlayan və Azərbaycan ərazisindən keçən bu dəmir yolu Avropaya qədər uzanacaqdır. Gürcüstan Prezidenti onu da dedi ki, Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsində qazanılan təcrübə AGRİ layihəsinin də həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Mixeil Saakaşvili bildirdi ki, ölkəsi Azərbaycan ilə birgə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edir. Bu da onu göstərir ki, biz bir yerdə addımlayan ölkələrik. Gürcüstanın dövlət başçısı bu gün Cənub dəhlizi vasitəsilə bir çox ölkələrin enerjidaşıyıcıları ilə təmin olunduğunu və bu məsələdə Azərbaycanın fəallığını diqqətə çatdıraraq dedi:

-Əgər biz buradakı vəziyyətə diqqətlə nəzər yetirsək görərik ki, Azərbaycanın Avropa istiqamətində enerji təchizatında siyasi baxımdan heç bir dəyişiklik olmayıb. Azərbaycanın enerji ixracı sabit sürətlə artmışdır. Azərbaycan özünü sabit, proqnozlaşdırılan və etibarlı enerji təchizatçısı kimi təqdim edib. Bütün bu işlər şəffaf qaydada aparılmışdır.

X X X

Rumıniya Prezidenti Trayan BESESKU da görüşün yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O bildirdi ki, görüşdə iştirak edən dörd ölkə bu gündən AGRİ layihəsinin təsisçiləri kimi tanınacaqdır. AGRİ layihəsinin maye qazın daşınması sahəsində Qara dənizdə həyata keçirilən ilk layihə olduğunu bildirən Rumıniya Prezidenti dedi:

-Biz enerji sahəsində Avropa ilə Xəzər regionunu birləşdirəcək strateji xəttin üzərində işləyən ilk ölkələrik. Qurduğumuz bu tərəfdaşlıq siyasi iradəmizi nümayiş etdirir. Eyni zamanda, AGRİ layihəsinin həyata keçirilməsi bir il əvvəl Azərbaycan ilə Rumıniya arasında imzalanan strateji münasibətlər haqqında sazişə yeni çalar gətirəcəkdir. Avropanın mövqeyi baxımından AGRİ layihəsi Nabukko layihəsinə və Panavropa boru kəmərinə əlavə dəstək olan bir təşəbbüsdür. Fürsətdən istifadə edib bir daha bildirmək istəyirəm ki, Rumıniya bütün Avropa kəmərlərinə sadiqdir.

Trayan Besesku dedi ki, bu layihənin icrası Rumıniyanın yerləşdiyi regionda da enerji təhlükəsizliyini gücləndirəcəkdir. Rumıniya Prezidenti ölkəsinin və Avropa İttifaqının “Şərq tərəfdaşlığı”na qoşulan ölkələrlə qarşılıqlı tədbirlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı. Bildirdi ki, “Şərq tərəfdaşlığı” proqramı həm Qara dəniz, həm də Xəzər dənizi regionunda enerji təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir. Bu layihənin icrasının Avropa İttifaqının enerji siyasətinə və bu sahədəki tədbirlər planına da bir töhfə olduğunu deyən T.Besesku bildirdi:

-İlk hesablamalara görə, belə bir ümid yaranır ki, AGRİ layihəsinin həyata keçirilməsi bütün tərəfdaş ölkələrə rifah gətirəcəkdir. Siyasi, iqtisadi və texnoloji baxımdan açacağı imkanlarla yanaşı, AGRİ layihəsi sərmayələrin yatırılması və insan resurslarının cəlb olunması baxımından bütün regionun inkişafına töhfə verəcəkdir. AGRİ əsas karbohidrogen hasilatçısı kimi Azərbaycanın rolunu gücləndirəcəkdir.

Rumıniya Prezidenti qeyd etdi ki, AGRİ layihəsinə gələcəkdə Xəzərin şərq sahilində yerləşən ölkələr də qoşula bilər. “Təchizat yollarının şaxələndirilməsi və davamlı inkişafın təmin edilməsi bu gün Rumıniyanın iqtisadi siyasətinin əsas tərəfləridir”, - deyən Trayan Besesku burada əsas amil kimi enerji bazarının liberallaşdırılması və bərpa olunan enerji mənbələrindən istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Rumıniya dövlətinin başçısı dedi ki, indidən nümayiş etdirilən siyasi iradə və verilən dəstək AGRİ layihəsinin sonrakı mərhələlərini də həyata keçirmək imkanını təmin edəcəkdir. Bununla bağlı mərkəzi ofisi Buxarestdə yerləşən birgə enerji şirkəti yaradılacaqdır. Bu şirkət texniki əsaslandırma işlərini aparacaqdır. Rumıniya bu işə Avropa İttifaqının da cəlb olunmasına çalışacaqdır.

Hazırda Rumıniyanın Konstansa limanında ilkin araşdırmaların aparıldığını deyən Trayan Besesku layihənin idarə olunmasında birgə kadr hazırlığının vacibliyindən də danışaraq vurğuladı:

-Sizi əmin edirəm ki, Rumıniya bu layihəyə qəti və ardıcıl şəkildə sadiq qalacaqdır. Bildirmək istəyirəm ki, ilk prezidentliyim dövründə mən Sizinlə birgə Avropa İttifaqının rəhbərliyi qarşısında Qara dəniz regionunun üzləşdiyi məsələləri qaldırdım. Bu mövzu ilə bağlı son 5 il ərzində müvafiq təşkilati işlər də aparılmışdır. Müvafiq səylərə baxmayaraq, söylənilən rəylər də fərqli idi. Lakin baş vermiş hadisələr digər həll variantlarını axtaran dairələri də hərəkətə gətirdi. Sərhədlərin toxunulmazlığı və ölkələrin suverenliyi Rumıniya üçün xüsusi əhəmiyyət daşıyan anlayışlardır. Regionda dondurulmuş münaqişələrə gəldikdə, biz beynəlxalq hüquq normalarına riayət olunmasını vacib hesab edirik. Separatçı rejimlərə hər hansı dəstək vermək cəhdi regionda sabitliyin pozulmasına aparan zərərli meyildir.

X X X

Macarıstanın Baş naziri Viktor ORBAN Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi və dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Viktor Orban macarlar və Macarıstan hökuməti üçün bu layihəyə qoşulmağın böyük məmnunluq doğurduğunu bildirərək dedi:

-Cənab Prezident Əliyev, icazə verin bildirim ki, biz Macarıstanın bu layihəyə qoşulmasını vacib hesab edirik. Bu, əvvələn onunla bağlıdır ki, Macarıstan Avropa İttifaqının üzvüdür. Onu da qeyd etməliyəm ki, bizim hər hansı bir etnik qohumluğumuz yoxdur. Biz Avropa İttifaqı məkanında özümüzü tam təhlükəsiz hesab edirik. Buna görə də Şərqdə yerləşən dövlətlərlə əməkdaşlıq etmək bizim üçün hər zaman böyük sevinc mənbəyi olmuşdur. Yəni bu əməkdaşlıq macarlar üçün nəinki asan, o cümlədən sevinc gətirən əməkdaşlıqdır.

Ölkəsində gedən iqtisadi inkişaf prosesləri barədə danışan Viktor Orban dedi ki, son 20 ildə Macarıstan böyük yol keçmişdir və indi bu ölkə digər ölkələrlə sabit əməkdaşlıqda maraqlıdır.

AGRİ layihəsi haqqında danışan Viktor Orban bu görüşdə təmsil olunan ölkələrin layihə ilə bağlı indiyə qədər gördüyü işləri yüksək dəyərləndirərək dedi:

-Biz əməkdaşlıq etmək əzmindəyik və Sizin göstərdiyiniz uğurlu səylərə töhfə vermək istəyirik. Biz bu əməkdaşlıqda fəal olacağıq. Bu məsələdə Macarıstanın müəyyən imkanları vardır və onlar faydalı ola bilər.

Viktor Orban onu da dedi ki, ölkəsi Avropa İttifaqının bu regiona daha çox inteqrasiya etməkdə səylərini əsirgəməyəcək və Macarıstan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına bundan sonra da dəstək verəcəkdir.

X X X

Prezident İlham ƏLİYEV görüşdə iştirak edən dövlət və hökumət başçılarına onun dəvətini qəbul edib Bakıya gəldiklərinə görə təşəkkür etdi. Bildirdi ki, bugünkü toplantının ölkələrimiz arasında gələcək əməkdaşlığın səviyyəsinə və regionun ümumi inkişafına çox mühüm təsiri olacaqdır.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə enerji sahəsində əməkdaşlıqla bağlı dediyi fikirlərə görə təşəkkür etdi. Dövlətimizin başçısı İlham Əliyev ölkələrimizin iştirak etdiyi və Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin daha geniş tərəfdaşlığa şərait yaratdığını dedi.

Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” proqramı və Avropa təsisatları ilə olan ümumi əlaqələrə dair Azərbaycana göstərdikləri daimi dəstəyə görə Prezident Beseskuya və Baş nazir Orbana minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Rumıniya Prezidentinə ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə görə də təşəkkür etdi.

Prezident İlham Əliyev bir daha AGRİ layihəsinin əhəmiyyətindən danışaraq dedi:

- Öncə qeyd etdiyim kimi, AGRİ yeni bir layihədir və onun çox yaxşı potensialı vardır. Bugünkü toplantı, əməkdaşlığın ruhu və dünənki danışıqlarımız ölkələrimizin nə qədər yaxın olduğunu göstərir. Bu, istənilən layihənin uğurlu icrası üçün əsas amillərdən biridir. Əgər biz bu güclü siyasi əlaqələrə, şəxsi münasibətlərə qarşılıqlı asılılığı da əlavə etsək, - mən deyərdim ki, qarşılıqlı asılılıq enerji sektorunda uğurun əldə edilməsi üçün mühüm elementlərdən biridir, - o faktı da əlavə etsək ki, bir-birimizi istənilən formada dəstəkləyə bilərik və iqtisadiyyatlarımız rəqabət aparmayacaq, o zaman AGRİ layihəsi hamımız üçün faydalı olacaqdır.

Beləliklə, biz artıq bu layihənin icrasının başlandığı andan güclü potensialın olduğunu görürük. Bu gün bütün zəruri addımlar atılacaqdır. Əminəm ki, texniki əsaslandırmaya dair məsələlər, layihənin dəyərləndirilməsi və bütün mühəndis işləri vaxtında həyata keçirilərsə, o zaman yaxşı nəticələr əldə olunacaqdır. Bir daha xoş sözlərə, şərhlərə və iştiraka görə qonaqlarıma və dostlarıma minnətdarlığımı bildirirəm.

X X X

Azərbaycanın sənaye və energetika naziri Natiq ƏLİYEV AGRİ layihəsi barədə qısa məlumat verdi. O bildirdi ki, AGRİ layihəsi ilə bağlı Azərbaycan, Gürcüstan və Rumıniyanın yaradacağı birgə müəssisə barədə ətraflı fikir mübadiləsi aparılmış və əsas prinsiplər müəyyənləşdirilmişdir. Avropa bazarlarında təbii qaza olan tələbat, hasilat və ixrac imkanlarını xarakterizə edən Natiq Əliyev Rusiya, Norveç, Əlcəzair və böyük miqdarda təbii qaz ixrac edən digər ölkələrin potensial imkanları barədə proqnozları diqqətə çatdırdı.

Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi ilə bağlı siyasəti və nəzərdə tutulan infrastruktur layihələrinin təhlilini verən Azərbaycanın sənaye və energetika naziri Avropa dövlətlərinin Xəzər dənizinin enerjidaşıyıcılarına çıxışı da hərtərəfli dəstəklədiklərini bildirdi. O qeyd etdi ki, Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. Ümumilikdə, Xəzər dənizi təbii qaz ehtiyatları baxımından da regionda xüsusilə fərqlənir.

Natiq Əliyev Avropa İttifaqına daxil olan ölkələrlə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi altında səylərin davam etdirildiyini və bu istiqamətdə regionda həyata keçirilən layihələrin respublikamız tərəfindən dəstəkləndiyini vurğuladı. O bildirdi ki, enerjidaşıyıcılarının Qərb bazarlarına nəqli marşrutlarının şaxələndirilməsində Azərbaycan ardıcıl səylər göstərir.

AGRİ layihəsi ilə bağlı 2008-ci ildən başlayaraq Azərbaycan ilə digər tərəfdaşlar arasında müxtəlif səviyyələrdə aparılan danışıqların mərhələlərini xatırladan Natiq Əliyev nəticədə Azərbaycan qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqli barədə razılığın əldə olunduğunu və müvafiq sənədlərin imzalandığını dedi. Azərbaycanın sənaye və energetika naziri AGRİ layihəsinin bütün tərəflər üçün faydalı olduğunu və bazar iqtisadiyyatı prinsiplərinə əsaslandığını qeyd etdi. O bildirdi ki, Azərbaycan, Gürcüstan və Rumıniyanın AGRİ layihəsi ilə əlaqədar yaradacaqları birgə müəssisə texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq və sərmayədarların axtarılması ilə məşğul olacaqdır.

Natiq Əliyev AGRİ layihəsinin istər region ölkələri, istərsə də Avropa dövlətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi. Nazir layihə çərçivəsində Gürcüstan və Rumıniyada tikiləcək terminallar, təbii qazın ötürülməsi üçün müəyyən ərazilərdə inşa olunacaq əlavə qaz xətləri, Gürcüstandakı zavodda qazın sıxılması, ixrac ediləcək sıxılmış qazın yenidən Rumıniyadakı zavodda emal edilərək təbii qaza çevrilməsi və s. proseslər barədə məlumat verdi.

Çıxışının yekununda Natiq Əliyev əlamətdar hadisə - AGRİ layihəsinə dair Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırdı və mərasim iştirakçılarına yeni-yeni uğurlar arzuladı.

Sonra mövzu ətrafında müzakirə davam etdirildi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzaladılar.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO