Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncü yerdədir
Tbilisi, 19 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 508,5 milyon ABŞ dolları təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Gürcüstanın ticarət dövriyyəsində Azərbaycanın payı 8,4 faizə bərabər olub. Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.
Qeyd olunub ki, yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 230,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Gürcüstan Azərbaycandan 277,8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:39]
Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb
- 23.09.2026 [11:59]