Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan hərb meydanında qalib gəldiyi kimi, siyasi sahədə də qələbələrini davam etdirəcək ŞƏRH

Azərbaycan hərb meydanında qalib gəldiyi kimi, siyasi sahədə də qələbələrini davam etdirəcək  ŞƏRH

Bakı, 7 noyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın tarixində əlamətdar və tarixi qələbə günləri çoxdur. Bu günlər xalqımızın tarixi inkişaf prosesində nümayiş etdirdiyi şücaətin göstəriciləridir. Tarixi günlərin sırasına 8 Noyabr - Zəfər Gününü yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev retrospektiv baxımından analoqu olmayan, hərbi, siyasi və diplomatik cəhətdən möhtəşəm, Azərbaycan dövlətinin gələcəyi üçün isə olduqca əhəmiyyətli strategiya həyata keçirdi. 2020-ci il sentyabrın 27-dən başlayan Zəfər yürüşü noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə ordumuz 44 gün ərzində erməni işğalçılarını torpaqlarımızdan qovdu və Azərbaycanın ərazi bütövlüyü 28 ildən sonra bərpa edildi.

Şuşanın işğaldan azad edilməsi əməliyyatı müasir müharibələri təhlil edən hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Ordumuzun xüsusi təyinatlıları bir nəfər də olsun mülki erməniyə zərər vurmadan sıldırım qayalar üzərindəki Şuşa şəhərini azad etdilər.

Vətən müharibəsi dövründə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan öz məğlubiyyətini etiraf edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxardı. Beləliklə, münaqişə hərbi-siyasi yolla həllini tapdı.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıyan Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunmağa başlandı.

Müharibədən sonra Azərbaycanın qarşısında azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası, minalardan təmizlənməsi kimi mühüm vəzifə dayanırdı. Bu işlərin mərkəzində onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşü dayanır. Artıq məcburi köçkünlər tədricən öz doğma yurdlarına qayıdırlar. Şuşada, Cəbrayılda, Füzulidə, Ağdamda, Zəngilanda və azad olunan digər rayonlarda geniş quruculuq işləri həyata keçirilir - universitet, məktəblər, uşaq bağçaları, xəstəxanalar, hava limanları fəaliyyətə başlayıb. Minlərlə insan uzun illər həsrətində olduğu doğma el-obasında yaşamağa davam edir.

Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyətin, beynəlxalq hüquq pozuntularının, müharibə cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab vermələri üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılır, bu addımlar növbəti mərhələdə də davam edəcək.

Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin olunması təşkil edir. Ərazilərinin işğalı amilinin aradan qaldırılması ilə Azərbaycan beynəlxalq hüququn normalarına, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazırdır. Bölgədə gələcək sülhün və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli Bəyanatın tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.

Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bunu qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını anlaması üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Azərbaycanın qazandığı Qələbənin əsas mahiyyəti ondan ibarətdir ki, ölkəmizin təhlükəsizliyi təmin edildi. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququ təmin etmək üçün dövlətin iqtisadi və hərbi gücü olmalıdır. Azərbaycanın suverenliyinin bir daha pozulmayacağına böyük zəmin yaradıldı.

Təəssüf ki, beynəlxalq aləmdə yürüdülən ikili standartlar siyasəti erməni revanşist qüvvələrin baş qaldırmasına rəvac verir. Azərbaycanın Qələbəsini həzm edə bilməyən xarici siyasi dairələr bu gün Ermənistana havadarlıq edərək yeni münaqişə ocağı yaradıb rəsmi İrəvanı geosiyasi oyunlara qatmağa çalışırlar. Azərbaycanın müstəqil siyasəti və sülh yollarını axtarması Qərbin bir sıra dövlətləri tərəfindən məmnunluqla qarşılanmadı. Rəsmi Bakının beynəlxalq hüquq pozuntusunun qarşısını alması qəbul edilmədi. Məsələnin mahiyyəti heç də Azərbaycanın haqlı və ya haqsız olmasında deyil. Qərb, həmçinin digər böyük dövlətlər Qarabağın Azərbaycana məxsus olduğunu çox yaxşı bilir və 1990-cı illərin əvvəllərində ölkəmizin hərbi təcavüzə məruz qaldığını unutmayıblar. Azərbaycana qarşı nümayiş etdirilən qeyri-adekvat mövqenin səbəbi odur ki, Qərb gündən-günə inkişaf edən ölkəmizi öz geosiyasi oyunlarında görmək istəyir. Azərbaycan vasitəsilə rəqiblərinə siyasi təzyiq göstərməyə çalışan Qərbin bir sıra dairələri ölkəmizin milli maraqlarını qətiyyən nəzərə almır. Azərbaycan isə balanslı xarici siyasət yürüdərək öz maraqlarını, xalqın rifahını, təhlükəsizliyini düşünür.

Bu gün inkişafının yüksək mərhələsini yaşayan müstəqil Azərbaycan artıq qlobal problemlərin həllində aparıcı rol oynamağa başlayıb. İqlim dəyişikliyinin dünya dövlətləri üçün törətdiyi problemlərin öhdəsindən ayrı-ayrılıqda gəlmək mümkün deyil. Quraqlıq, səhralaşma, daşqınlar və digər təbii fəlakətlər kənd təsərrüfatına, ümumilikdə iqtisadiyyata böyük zərər vurur ki, bu da insanların sosial həyatına çox mənfi təsir göstərir. Dünyamiqyaslı bu problemlərin həlli Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə prioritet təşkil edir. Bu baxımdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan dünya ictimaiyyətinə və dövlətlərinə qlobal problemin həlli üçün çağırış platforması təklif edir.

Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət Azərbaycanı təkcə coğrafi deyil, həm də siyasi baxımdan Avropa ilə Asiyanın qovuşduğu məkana çevirib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, Asiyadan Avropaya ixrac olunacaq yaşıl enerji məhz Azərbaycan ərazisindən tranzit nəql olunacaq. Bunların reallaşması üçün xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə yatırılır, infrastruktur layihələr həyata keçirilir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda ölkəmiz Avropaya 14 milyard kubmetr qaz ixrac edir və 2026-cı ilədək qaz ixracının həcmi 20 milyard kubmetrə çatacaq.

Beləliklə, İkinci Qarabağ müharibəsində Zəfər qazanan Azərbaycan bu Qələbəni, sadəcə, hərbçilərə “irəli” əmri verməklə əldə etmədi. Bu, həmçinin Prezident İlham Əliyevin ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı və dəyişməz mövqeyi sayəsində mümkün oldu.

Azərbaycanı Zəfərə aparan 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev, ilk növbədə, informasiya blokadasını yararaq həqiqəti obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırdı. Dövlətimizin başçısı 1 ay ərzində “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində ermənilərin işğalçı siyasəti, mülki əhalini hədəfə alması, münaqişənin dinc vasitələrlə nizamlanmasından boyun qaçırması və qadağan olunmuş silahlardan atəş açması barədə ətraflı məlumat verdi. Eləcə də Yaponiyanın “Nikkei” qəzetinə, Amerikanın “Fox News” telekanalına, Fransanın “Figaro” qəzetinə, İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibələrində Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri söyləyərək Azərbaycana qarşı feyk xəbərləri və qeyri-obyektiv şərhləri ifşa etdi.

Erməni lobbisinin təsiri ilə Azərbaycana 28 il təzyiq göstərən böyük qüvvələr Qarabağın Ermənistanın tabeliyində qalmasına nail ola bilmədilər. Azərbaycana təzyiq göstərməyə cəhd edənlər də ölkəmizin və xalqımızın iradəsini qırıb qeyri-konstruktiv siyasətlərinin nəticəsini görə bilməyəcəklər. Azərbaycan 2020-ci ildə hərbi sahədə necə qalib gəldisə, gələcəkdə, həmçinin siyasi və diplomatik sahələrdə də qələbələrini davam etdirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir