AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏN QAYITMIŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Belçika Krallığının Mons şəhərində keçirilmiş Tərəfdaşlığın Koordinasiya Qrupunun illik konfransından və İtaliyanın Latina şəhərində “Rabitə və informasiya sistemləri üzrə tanışlıq” kursundan qayıtmışlar.
NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, Silahlı Qüvvələrimizin nümayəndələri İspaniyanın Saraqosa şəhərində təşkil olunmuş “Mülki hərbi əməkdaşlıq” üzrə taktiki kursda və Belçikanın Brüssel şəhərində NATO-nun Silahlı Qüvvələrin Silahlandırılması üzrə Qrupunun iclasında da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]