AZƏRBAYCAN İDMANÇILARI BODİBİLDİNQ ÜZRƏ AVROPA ÇEMPİONATINDA YÜKSƏK YERLƏR UĞRUNDA MÜBARİZƏ APARACAQLAR
AZƏRTAC xəbər verir ki, Bakıda başlanan bodibildinq, klassik bodibildinq və qarışıq cütlüklər üzrə Avropa çempionatında Azərbaycan yığma komandası yalnız yüksək yerlər uğrunda mübarizə aparacaqdır.
Bu barədə Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyadəliyev bildirmişdir.
O demişdir: “Biz yalnız yüksək yerlər uğrunda mübarizə aparmağı qarşımıza mqsəd qoymuşuq. Lakin, bu o qədər də asan olmayacaq. Çünki Bakıya Avropanın ən güclü idmançıları təşrif buyurmuşlar. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Xatırladaq ki, bodibildinq üzrə yarışlarda Azərbaycan Yalçın Məmmədov (70 kq), Elmar Abdullayev (75 kq), Tair Faxruddinov (80 kq), Mahmud Savalan, Vüqar Verdiyev (hər ikisi 85 kq), Məhəmməd Paşai (90 kq) və Rövşən Quliyevdən (100 kq) ibarət yığma komanda ilə təmsil olunacaqdır.
Klassik bodibildinq yarışlarında isə Fərhad Quliyev, Teymur Aslanov və Elbəyi Osmanov çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]