Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son hadisələr, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]