Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

Tbilisi, 17 fevral, AZƏRTAC
Sabah rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstana səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər şəxslərlə görüşəcəklər.
Görüşlərdə iki ölkənin nəqliyyat qurumları arasında əməkdaşlıq, beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud durumu və digər məsələlər müzakirə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi