Azərbaycan ilə Pakistan arasında münasibətlərin inkişafı məsələləri müzakirə edilib
İslamabad, 9 noyabr, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin xarici işlər naziri Xavaca Məhəmməd Asif ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib. Diplomat Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, yeni layihələrin icra olunduğunu, beynəlxalq və regional məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. Həmçinin iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndiyi və yeni müstəviyə keçdiyi xüsusi vurğulanıb.
Ölkəmizin təşəbbüsü ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin birinci görüşünün üçtərəfli əməkdaşlığa yeni töhfə verəcəyinə əminliyini bildirən səfir hər üç ölkənin strateji tərəfdaşlıq münasibətlərinə sahib olduğunu vurğulayıb.
Azərbaycana səfər etməyi planlaşdırdığını diqqətə çatdıran Xavaca Məhəmməd Asif qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəklədiklərini qeyd edən nazir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz məsələsi kimi baxdığını bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]