Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələr yaxşı perspektiv vəd edir

Bakı, 14 aprel, Rabil Kətanov, AZƏRTAC

Həştərxan vilayəti Rusiya Federasiyasının iqtisadi cəhətdən inkişaf etmiş vilayətidir. Burada balıqçılıq, kənd təsərrüfatı, nəqliyyat, tranzit və logistika sahələri inkişaf edib.

Azərbaycan ilə Həştərxan vilayətinin iqtisadi-ticari əlaqələrinin də yüksələn xətlə inkişafı təsadüfi xarakter daşımır. Həştərxanın “Kutum” dəmir yolu stansiyasında 45 min kvadratmetr ərazini əhatə edən terminal fəaliyyət göstərir. İran və Hindistandan Rusiyaya daşınan yüklər Azərbaycandan tranzit keçərək bu terminalda cəmləşir və daha sonra digər vilayətlərə göndərilir. Yüklər əks istiqamətə də Azərbaycan ərazisindən ixrac edilir.

Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan hökuməti arasında iqtisadi-ticari, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı 2011-ci ildə razılaşma imzalanıb. Ötən il Həştərxan vilayəti ilə Azərbaycan arasında 2024-2026-cı illər üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə proqram qəbul edilib.

Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda həmin proqram icra olunur. İqtisadi-ticari əlaqələr toxunan nazir vurğulayıb ki, Həştərxan vilayətindən Azərbaycana əsasən balıq və balıq məhsulları, gəmi tikintisi üçün materiallar, duz, mebel, elektrik cihazlar ixrac edilir. Azərbaycandan isə Həştərxan vilayətinə müxtəlif təyinatlı borular, meyvə-tərəvəz, elektrik avadanlıqları idxal edilir. 2023-2024-cü illər ərzində Həştərxan vilayətinin sahibkarları Azərbaycanın müvafiq qurumları ilə 670 min dollar dəyərində 10 müqavilə imzalayıblar. Bu müqavilələrə əsasən, Azərbaycana balıqçılıq təsərrüfatı və qida sənayesi məhsulları ixrac olunub. Hazırda Həştərxan vilayətində Azərbaycana məxsus 19 şirkət qeydə alınıb. Bu şirkətlər topdan ticarət, nəqliyyat, kənd təsərrüfatı, gəmiqayırma, sahələrində fəaliyyət göstərir. Həm yerli, həm də regiona sərmayə yatıran azərbaycanlı sahibkarlar Həştərxanda fəaliyyət göstərən Azərbaycan Biznes Mərkəzi ilə yaxından əməkdaşlıq edir, burada müxtəlif sərgilər, görüşlər, forumlar və digər tədbirlər keçirərək fəaliyyət dairələrini daha da genişləndirirlər.

Azərbaycanla Həştərxan vilayəti arasında humanitar sahədə də geniş əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə bu regiona diqqətlə yanaşıb ki, bu gün vilayətin əhalisi görkəmli dövlət xadiminin xidmətlərini unutmur. Heydər Əliyev Fondunun burada həyata keçirdiyi humanitar layihələr isə istər Həştərxan şəhəri, istərsə də vilayət sakinləri tərəfindən rəğbətlə qarşılanır. Şəhərin mərkəzi hissəsində salınan park, uşaq əyləncə şəhərciyi, məktəb və uşaq bağçası, eləcə də Volqa çayının şəhərdən keçən qolu üzərindəki körpü əhalinin rahatlığını, istirahətini təmin edib, şəhərə xüsusi gözəllik verib.

Parkdakı müsahibimiz Tatyana Kisilyova deyib ki, əhalinin müraciətinə əsasən, şəhər administrasiyası parka Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib. Uşaqlar, yaşlılar burada vaxtlarını çox səmərəli keçirir, istirahət edirlər. “Dostluq” körpüsü isə həm şəhərə gözəllik verir, həm də sakinlərin əks tərəfə keçməsini asanlaşdırır. Əvvəllər digər tərəfə keçmək üçün 2 kilometr məsafəni qət etmək lazım gəlirdi, indi isə kanalın hər iki sahilinə asanlıqla gedib-gəlmək olur.

Volqa çayının sahilində yerləşən Həştərxan şəhərində yaşayan azərbaycanlılar da Heydər Əliyev Fondunun burada həyata keçirdiyi layihələrlə fəxr edirlər. Şəhər sakini və Azərbaycan diasporunun fəallarından olan Asəf Əliyev bildirib ki, Fondun işləri burada yaşayan azərbaycanlılara hörmətlə yanaşmanı şərtləndirir. Həştərxan Rusiyanın çoxmillətli regionudur və burada yaşayan azərbaycanlılar Vətənlə intensiv əlaqə saxlayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlılar vilayətin ictimai-siyasi həyatında da fəal iştirak edirlər.

Qeyd edək ki, AZAL Bakı-Həştərxan istiqamətində həftədə 3 reys həyata keçirir. Vilayətin xarici əlaqələr naziri Vladimir Qolovkov bildirib ki, 2024-cü il dekabrın 10-da vilayətin qubernatoru İqor Babuşkinin Azərbaycana səfəri zamanı 2025-ci ildən başlayaraq Bakı-Həştərxan və əks istiqamətə təyyarə reyslərinin sayının həftədə 5 dəfəyə çatdırılması haqqında razılıq əldə olunub.

Həştərxanın ali və orta ixtisas məktəblərində 844 Azərbaycan vətəndaşı təhsil alır. Müxtəlif təhsil müəssisələri Azərbaycanın 21 ali və orta ixtisas məktəbləri ilə əməkdaşlıq edir, təcrübə və tələbə mübadiləsi aparırlar.

Perspektiv baxımdan Həştərxan ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrinin daha da inkişaf edəcəyi gözlənilir. Həştərxanda fəaliyyət göstərən Azərbaycan Biznes Mərkəzinin təşəbbüsü ilə 2025-ci ildə vilayətin turizm şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Bakıya və Azərbaycanın rayonlarına səfəri təşkil olunacaq. Səfər çərçivəsində Azərbaycanın turizm potensialı öyrəniləcək, qarşılıqlı turist səfərlərinin təşkili müzakirə olunacaq. Dəmir yolu ilə Azərbaycan ərazisindən yükdaşımaların həcminin 1 milyon tona çatdırılması da nəzərdə tutulub.

İki qonşu və dost dövlətin regionlarının qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ölkələr arasındakı xoş münasibətlərin, xalqların rifahının yaxşılaşmasının göstəricisidir. Bu gün dünyanın bir çox regionlarında silahlı toqquşmaların, münaqişələrin davam etdiyi bir vaxtda Azərbaycanın yaxın qonşuları ilə mehriban münasibətləri, bunun nəticəsi olaraq, sabitliyin təminatı və insanların millətindən, dinindən asılı olmayaraq, firavan yaşaması Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb