Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir

Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir

Zaqreb, 22 aprel (AZƏRTAC). Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir.

Bu sözləri Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev AZƏRTAC-a məxsusi müsahibəsində demişdir.

- Cənab səfir, ölkələrimiz arasındakı ikitərəfli siyasi münasibətləri necə qiymətləndirirsiniz və bu istiqamətdə əsas prioritetlər hansılardır?

- Bu gün Azərbaycan ilə Xorvatiya arasında yüksək səviyyəli və dinamik münasibətlər mövcuddur. Ötən bir neçə il ərzində iki ölkə arasında bir çox səfərlər, o cümlədən yüksək səviyyəli səfərlər həyata keçirilmişdir. Müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanmışdır. 2013-cü ilin martında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri olmuşdur. 2012-ci ildə isə Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycana rəsmi səfər etmişdir.

Xorvatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini dəfələrlə bəyan etmiş və bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”ndə bir daha əksini tapmışdır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyə malikdir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında nizamlanmasını dəstəkləyir.

Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bu əməkdaşlıq, eyni zamanda, ATƏT, NATO və Avropa Şurası Parlament Assambleyasında, çoxtərəfli parlamentlərarası forumlarda da mövcuddur. İki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən Xarici İşlər nazirlikləri səviyyəsində səmərəli siyasi dialoq qurulmuşdur. 2013-cü ilin iyulunda Xorvatiya parlamentinin sədri Yosip Leko Azərbaycanda rəsmi səfərdə olmuş və Milli Məclisin sədri Oqtay Əsədovu ölkəsinə rəsmi səfərə dəvət etmişdir.

Ümumiyyətlə, Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli əməkdaşlıq getdikcə intensivləşir. İl boyu həyata keçirilən qarşılıqlı səfərlərin sayı bunun bariz göstəricisidir. Aprelin 15-də Bakıda Azərbaycan ilə Xorvatiya arasında viza rejiminin sadələşdirilməsi, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi məsələləri ilə bağlı konsulluq məsləhətləşmələri keçirilmişdir. Ümidvaram ki, bu məsləhətləşmələr yuxarıda qeyd edilən məsələlərin yaxın zamanda həllinə töhfə verəcəkdir.

- Ölkələrimiz arasındakı iqtisadi-ticari və humanitar əlaqələri necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunduğu kimi, Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan Avropa iqtisadi və hüquqi məkanına inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır və ölkəmiz xüsusilə Cənub-Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Belə ki, daha öncə qeyd etdiyim “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bu sənəd strateji tərəfdaşlar olan Azərbaycan ilə Xorvatiya arasında bütün sahələrdə, o cümlədən iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sahələrində münasibətlərin inkişafını nəzərdə tutur.

Xorvatiya geostrateji mövqeyi, çoxşaxəli iqtisadiyyatı, təbii sərvətləri, zəngin mədəniyyəti baxımından Cənub-Şərqi Avropanın önəmli ölkələrindən biridir. Xorvatiya ilə Azərbaycanın bütün əsas məsələlər üzrə mövqeləri üst-üstə düşür və gözəl siyasi münasibətləri mövcuddur. Bu cür ölkələrlə güclü iqtisadi tərəfdaşlığın yaradılması vacibdir. Bu istiqamətdə isə artıq bir sıra mühüm addımlar atılmışdır.

Son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əsasən neft və neft məhsulları hesabına xeyli artmışdır. Lakin Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə də iqtisadiyyatın şaxələndirilməsini və əməkdaşlığın inkişafını vacib hesab edir. Həm Azərbaycanda, həm də Xorvatiyada ikitərəfli əmtəə dövriyyəsinin həcminin artırılması, malların siyahısının şaxələndirilməsi üçün böyük imkanlar vardır.

Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində də yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Xorvatiya “Cənub dəhlizi” layihəsi və Azərbaycan qazının Avropaya çatdırılması kontekstində Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır və məlum olduğu kimi, həm TAP, həm də İAP (İon-Adriatik) qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.

Humanitar sahədə iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Xorvatiyanın Sosial Siyasət və Gənclər Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Xorvatiya Mədəniyyət Nazirliyi arasında 2014-2016-cı illəri əhatə edən mədəni əməkdaşlıq proqramı hazırlanmış və bu il imzalanması nəzərdə tutulur.

2013-cü ilin 25 iyun-5 iyul tarixlərində “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri olmuşdur. Bu il ölkəmizdə keçiriləcək UNİVİSİON musiqi yarışında xorvatiyalı gənclər də iştirak edəcəklər.

Bundan əlavə, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbəri olduğu Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyəti yaradılmış və ölkəmizin təbliği, iki dövlət arasında mədəni əlaqələrin inkişafı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, ötən ay Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş “Əli və Nino” əsərinin təqdimat mərasimi keçirilmişdir.

- Son illər Azərbaycan şirkətlərinin sərmayə yatırdıqları xarici ölkələrin coğrafiyası genişlənir. Xorvatiyada Azərbaycanın investisiyalarına maraq varmı?

- İndiyədək qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan Xorvatiya xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının (Aİ) üzvlüyündən maksimum istifadə edir. İqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də əsas potensial iqtisadi tərəfdaşları sırasına daxil edilmiş Azərbaycan kimi perspektivli investor ölkələrə böyük diqqət ayırır. Qeyd edim ki, Xorvatiyada bir çox cəlbedici investisiya layihələri mövcuddur. Bunlara turizm, neft hasilatı və digər gəlirli potensial layihələri misal göstərmək olar. Əminik ki, Azərbaycanın iş adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edəcəklər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki-Zaqatala bölgəsində 25 məktəb və 2 bağça təmir olunub – işlər davam etdirilir

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara çatması mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO