REGİONLAR
“Azərbaycan incəsənəti: öyrənərək öyrədək” adlı viktorinanın qalibləri mükafatlandırlıb
![](/files/galleryphoto/2020/1/1200x630/15813842034242364437_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1581384203944428272_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1581384203467562516_1200x630.jpg)
Sumqayıt, 11 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Regional mədəniyyət idarəsinin dəstəyi ilə şəhərin 8, 12, 16 və 38 nömrəli məktəblərinin 7-8-ci sinif şagirdləri arasında “Azərbaycan incəsənəti: öyrənərək öyrədək” adlı viktorina keçirilib.
İdarədən AZƏRTAC -a bildirilib ki, yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, istedadlı məktəbliləri üzə çıxarmaq, onların milli-mənəvi sərvətlərimiz və incəsənətimiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Bədii ədəbiyyat, kino, rəqs, musiqi, bəstəkarlar, rəsm əsərləri və rəssamlar, memarlıq və memarlıq abidələri üzrə qruplaşdırılmış dörd mərhələdən ibarət yarışın qalibi 16 düzgün cavabla 8 nömrəli məktəbi təmsil edən “Buta” komandası olub. İkinci yeri 14 düzgün cavabla 38 nömrəli məktəbi təmsil edən “Mozaika” komandası, üçüncü yeri 13 sualın cavabını tapan 16 nömrəli məktəbi təmsil edən “Simfoniya” komandası tutub.
Qalib komandanın üzvləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və kuboku ilə təltif edilib.