AZƏRBAYCAN, İNGİLTƏRƏ, FRANSA VƏ İSVEÇRƏ GEOLOQLARI XƏZƏRDƏ BİRGƏ TƏDQİQATLAR APARIRLAR
Bu layihə 2002-ci ildə İngiltərə, Fransa və İsveçrənin universitetləri tərəfindən hazırlanıb. AMEA-nın Geologiya İnstitutu isə layihəyə 2003-cü ildə qoşulub. Xəzərdə tədqiqatlar da elə ötən ildən başlanıb və 2005-ci ilin sonunadək davam edəcəkdir.
Hələlik Xəzər hövzəsinin Azərbaycana aid hissəsi öyrənilir. Əcnəbi və yerli geoloqlar dəniz dibinin və sahilinin geoloji strukturunu tədqiq edirlər. Layihənin ikinci mərhələsində isə Xəzərin Türkmənistan sahəsinin geoloji strukturu öyrəniləcəkdir. Layihəyə bp, ŞELF, ELF, AGİP və s. şirkətlər sponsorluq edirlər.
Alimlər və mütəxəssislər apardıqları tədqiqatların gedişinə dair informasiya mübadiləsi etmişlər. Növbəti belə görüşün sentyabrda keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]