SİYASƏT
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
![](/files/galleryphoto/2020/3/1200x630/16001868723668348285_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/3/1200x630/16001868722483457059_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/3/1200x630/160018687223861498_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/3/1200x630/16001868725036311607_1200x630.jpeg)
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.
AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.