Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan iqtisadi və hərbi qüdrətinə görə regionun şəksiz lideridir

Azərbaycan iqtisadi və hərbi qüdrətinə görə regionun şəksiz lideridir

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan nəinki regionda, eləcə də dünyada kifayət qədər seçilən iqtisadiyyata və orduya sahibdir. Orduya xalqın inamı və dəstəyi, xalqla hakimiyyətin birliyi isə bu gücü, ümummilli qüdrəti qat-qat artırır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni və güclü inkişaf strategiyası Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, yüksək siyasi və liderlik keyfiyyətləri sayəsində uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin sürətli inkişafı və dünyanın ən güclü orduları sırasında yer alması məhz bu uğurların daha bir bariz nümunəsidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblərə uyğun inkişafına yol açan, keyfiyyət baxımından ordumuza yeni sima bəxş edən əsaslı tədbirlər həyata keçirilir. Ali Baş Komandanımız tərəfindən həyata keçirilən islahatlar ordumuzun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın gücləndirilməsinə və şəxsi heyətin yüksək səviyyədə təşkil olunmasına, sosial təminatın və silah-sursat bazasının ən yüksək standartlar səviyyəsinə qaldırılmasına istiqamətlənib. Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O deyib: “Bu gün xalqımız Prezidentimizin diqqət və qayğısını gündəlik həyatında hiss edir və onun etimadını doğrultmaq üçün hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir. 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi düşməndə böyük ruh düşkünlüyü yaradır. Xalqımızla ordumuz əsl birlik, vəhdət nümayiş etdirir. Bütün dünya inamımızın, ümidimizin, mübarizliyimizin sarsılmazlığının şahidi olur. Hər kəsin ürəyindəki inam, qisas hissi, birlik duyğusu daha da canlanır. Bütün bunlar isə işğal altındakı torpaqlarımızı tezliklə mənfur düşməndən azad edəcəyimizə qəti inam yaradır. Bununla yanaşı, aksiya çərçivəsində yaradılmış şəraitdən təəssüf ki, sui-istifadə halları müşahidə edildi, prosesə qondarma siyasi axar verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Son günlər sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək dağıdıcılıq etməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. Onlar da polisin təmkini və qətiyyəti qarşısında aciz qaldılar, Azərbaycanda bütün dövlət qurumlarının peşəkar yanaşması sayəsində ifşa edildilər.

1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri cəmiyyətin bütün təbəqələri tərəfindən ciddi qınanılır, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu kimi pozucu fəaliyyətə lazımi qiyməti verirlər.

Azərbaycan ərazisinin 20 faizi hələ də düşmən tapdağı altındadır. Hazırda ölkəmiz müharibə şəraitindədir. XXI əsrdə müharibələr təkcə səngərdə yox, həm də informasiya cəbhəsində aparılır. Bu müharibədə gənclərimiz daha çox fəal olmalıdırlar. Gənclərimiz hərtərəfli biliyə sahib olmalıdırlar ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər. Müasir dövrün çağırışları gənclərin inkişaf etmiş, hərtərəfli biliyə malik şəxsiyyət kimi yetişməsini tələb edir. Düşünürəm ki, günbəgün inkişaf edən təhsilimizin yetişdirdiyi müasir Azərbaycan gəncliyində bu potensial var”.

BŞTİ-nin müdiri qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan gəncliyi nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanda hərtərəfli inkişaf etmiş sağlam, mübariz və yüksək intellektli gənclik formalaşdığını qürurla söyləyə bilərik.

Tovuz bölgəsində düşmənin təxribatlara yol açmasına paralel olaraq, informasiya cəbhəsində də maraqlı və ciddi proseslərə start verilib. 2016-cı ilin aprelindən fərqli olaraq, bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar. Bu baxımdan gənclərimiz sosial şəbəkələrdə daha fəal və ehtiyatlı olmalıdılar. Sosial şəbəkələrdən səmərəli istifadə müasir dövrdə vacib amillərdən biridir. Azərbaycan üçün lazım olan məqamlarda vacib mesajların yayılmasına nail olmaqda gənclərin rolu danılmazdır.

Qeyd etdiyim kimi, yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin hazırlanmasında təhsil müəssisələri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdədir. Paytaxtın ümumi təhsil müəssisələrində uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür. Təkcə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində deyil, eləcə də digər fənlərin tədrisi zamanı vətənpərvərlik ruhunun formalaşdırılması məqsədilə şagirdlərlə müvafiq söhbətlər aparılır.

Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atılır. Düşmənin əsgər və zabitləri isə öz postlarını qoyub geri qaçırlar. Qələbə anına qədər döyüşmək əzmi ilə vuruşan əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salır. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qəti qələbə çalacağıq. Şübhə yoxdur ki, ordumuz yalnız öz qüdrətinə arxalanır.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinə heç vaxt unutmayacağı dərs verdi. Düşmənin növbəti təxribatları ordumuzun sürətli əks-həmlə əməliyyatları ilə alt-üst edildi. Ermənistan ordusunun əsgər və zabitləri rəşadətli Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu qarşısında duruş gətirə bilmədi. Ümumiyyətlə Azərbaycan iqtisadi və hərbi qüdrətinə görə regionun şəksiz lideri kimi beynəlxalq aləmdə də Ermənistanı ifşa etdi, təcavüzkarı bütün cəbhələrdə yerində oturda bildi.

Döyüşlər düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan Ordusu tezliklə döyüş meydanında qəti və son sözünü deyəcək. Ümidvaram, irəliyə doğru gedən zəfər yürüşümüzün qarşısında erməni millətçiləri bu dəfə də duruş gətirə bilməyəcək. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Azərbaycan Ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. 2016-cı ilin Aprel döyüşləri, bu günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. İnanıram ki, dünya birliyi Ermənistanın on illərdir davam edən işğalçılıq siyasətinə, Azərbaycana qarşı qəbulolunmaz hücum cəhdlərinə qarşı çıxacaq, reallığı nəzərə alaraq, işğalçı dövlətə yerini göstərəcək. Əks halda, məkrli erməni siyasəti Ermənistan üçün acı nəticələrə səbəb olacaq, regionun inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Bundan sonra baş verə biləcək hadisələrə görə işğalçı Ermənistan rəhbərliyi məsuliyyət daşıdığını anlamalı, öz ölkəsini və xalqını daha böyük fəlakətlərdən xilas üçün çalışmalıdır”, - deyə Rəşad Tağıyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub