AZƏRBAYCAN İŞ ADAMLARI BEYNƏLXALQ SƏRGİDƏ İŞTİRAK EDƏCƏKLƏR
Mayın 31-dən iyunun 4-dək İstanbulda “XXIII Beynəlxalq tekstil makinaları” sərgisi keçiriləcəkdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sərgidə iş adamlarından ibarət 20 nəfərlik nümayəndə heyətimiz iştirak edəcəkdir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirə Avropa və Asiya ölkələrindən 150 minə yaxın iş adamının gələcəyi gözlənilir. Sərgi çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, istehsal texnologiyalarında ən son yeniliklər və onların strateji tətbiqi məsələlərinə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]