AZƏRBAYCAN KARATEÇİLƏRİ AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Slovakiyanın paytaxtı Bratislavada mayın 4-də start götürəcək 42-ci Avropa çempionatının iştirakçıları olan Azərbaycanın karate üzrə milli komandasının üzvləri müəyyənləşdirilmişdir.
Azərbaycan Milli Karate Federasiyasının baş məşqçisi Hidayət Şabanov AZƏRTAC-a bildirmişdir ki, üç gün davam edəcək çempionatda idmançılarımız fərdi və komanda yarışları üzrə döyüşlərdə iştirak edəcəklər. Onun sözlərinə görə, kişilərin mübarizəsində Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (65 kq), Rəfael Ağayev (70 kq), Ceyhun Ağasıyev (75 kq), Vüsal Rəhimov (80 kq) və Fariz Nəcəfov (80 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar. Digər karateçilərimiz Taleh Babayev, Şahin Atamov və Amal Atayev isə komanda yarışlarında çıxış edəcəklər.
Qadınlar arasında aparılacaq mübarizədə ölkəmizi Elmira Babayeva (60 kq-dan yuxarı) təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]