Azərbaycan klubları çimərlik voleybolu üzrə Avropa Kubokunda mübarizə aparacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azərreyl”in kişi və qadınlardan ibarət komandaları çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan turnirə Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.
Qaydalara əsasən, yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər. Oyunlar oktyabrın 10-13-də olacaq.
Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]