Azərbaycan-Latviya oyunu heç-heçə yekunlaşıb
Bakı, 5 yanvar, AZƏRTAC
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 4-də ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda təşkil olunan turnirdə yığmamız Latviyanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Futbolçularımız növbəti oyununu yanvarın 6-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək.