AZƏRBAYCAN MƏTBUATI İNKİŞAF YOLUNDADIR
Azərbaycana gəlməkdən və öz təcrübəsini həmkarları ilə bölüşməkdən məmnunluğunu bildirən M.Belkind informasiya agentliklərində, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC), habelə İctimai Televiziya və Radio Yayımları Şirkətində keçirdiyi görüşlərin ölkəmizdə mətbuatın vəziyyətini öyrənmək baxımından faydalı olduğunu vurğulamışdır.
Özünün jurnalistlik fəaliyyəti barədə məlumat verən qonaq uzun illər Hindistan, Böyük Britaniya və Yaponiyada zəngin təcrübə topladığını xatırlatmışdır.
M.Belkind Azərbaycanda mətbuatın inkişaf etdiyini, tanış olduğu KİV orqanlarında jurnalistlərin beynəlxalq əlaqələrin genişləndirilməsi barədə fikirlərini yüksək qiymətləndirmişdir.
Dəyərli məsləhətlərini bildirən veteran jurnalist cavan həmkarlarının suallarına da cavab vermişdir.