Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 77 illiyini qeyd edir

Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 77 illiyini qeyd edir

Bakı, 27 mart, AZƏRTAC

Cəmiyyətin tərəqqisini elmi nailiyyətlər olmadan təsəvvür etmək çətindir. Cəmiyyətin inkişafında (təhsil), elmi biliklərin faydalı əşyalara çevirməsində (innovasiya), insanların rifahının yaxşılaşmasında (bilik iqtisadiyyatı) təbiətin və ətraf mühitin qorunmasında elmin rolu böyükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Dilqəm Tağıyev deyib. O bildirib ki, elmin inkişafı və onun bütün nəsillər üçün əhəmiyyəti şübhə doğurmasa da ictimai mühit ilə elm arasında qarşılıqlı əlaqə problemi müasir dövrdə öz aktuallığını saxlayır. Bunu nəzərə alaraq UNESCO-nun 2001-ci ildə keçirilmiş Baş konfransında “Sülh və inkişaf naminə ümumdünya elm günü”nün təsis edilməsi və hər il 10 noyabrda qeyd olunması qərara alınıb: “Bir çox ölkələrdə elm günü noyabrın 10-da qeyd edilsə də bəzi ölkələrin öz elm günləri var. Məsələn, Rusiyada fevralın 8-i, Ukraynada mayın 3-cü şənbə günü, Belarusda yanvarın axırıncı bazar günü, Qazaxıstanda aprelin 12-si, Türkmənistanda iyunun 12-si, Tailandda avqustun 18-i, Hindistanda isə fevralın 28-i milli elm günü kimi qeyd olunur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda Elm Günüdür. Bu tarix 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis olunduğu günlə eyni vaxta təsadüf edir. Elm Günü ilə əlaqədar Azərbaycanın bir çox elmi müəssisələrində və təhsil ocaqlarında müxtəlif tədbirlər - elm aylığı, elm həftəsi, sərgilər, konfrans və seminarlar keçirilir. Belə tədbirlərin əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrini elm haqqında biliklərlə sadə, populyar formada tanış etmək, elmin rolu və əhəmiyyəti haqqında bəzi destruktiv, feyk xəbərlərə aydınlıq gətirməklə cəmiyyətin tərəqqisinə inamı artırmaqdır. Elm ilə cəmiyyət arasında belə körpünün işlək olması yeni elmi meyillər və alimlərin əməyi haqqında insanlarda düzgün məlumatın formalaşmasına xidmət edir.

Akademik Dilqəm Tağıyev qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyət göstərdiyi 77 il ərzində müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq şərəfli inkişaf yolu keçib. Dünya elminə böyük töhfələr vermiş Azərbaycanın bir çox korifey alimləri müxtəlif sahələrdə əldə etdikləri elmi nailiyyətlərə görə elm salnaməsinə adlarını qızıl hərflərlə yazıblar. Onların yaratdıqları elmi məktəblər mühüm elmi nəticələrin əldə edilməsində və yüksəkixtisaslı kadrların hazırlanmasında misilsiz rol oynayıb. Bu məktəblərin yetirmələri Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edirlər: “Azərbaycan Milli Elmlər Akademiyasında hazırda 9 min 640 əməkdaş, o cümlədən, 4 min 319 elmi işçi, 538 elmlər doktoru və 1824 fəlsəfə doktoru fəaliyyət göstərir. Bu rəqəmlərin respublika üzrə ümumi göstəricilərdən 3-3,5 dəfə az olmasına baxmayaraq AMEA Azərbaycanda həmişə fundamental və tətbiqi elmlərin generatoru rolunu oynayıb. COVID-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, təkcə 2021-ci ildə AMEA-nın elmi işçiləri bir sıra mühüm elmi və tətbiq xarakterli nəticələr əldə edib, 47-si xaricdə olmaqla 490 monoqrafiya və kitab, 2 min 70-i xaricdə olmaqla 6 min 640 məqalə dərc etdirib, 50 patent alıblar, 32 iş tətbiq edilib. Təbiət elmləri sahəsində minə yaxın məqalə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub”.

UNESCO-nun qərarı ilə 2022-ci il Fundamental Elmlər İli elan edilib. Ölkələrin inkişafında fundamental elmlər lokomotiv rolunu oynayır, texnologiyaların keyfiyyətcə yeni, inqilabi inkişafına təkan verir. Fundamental tədqiqatlardan 100 faizli nəticə gözləmək mümkün deyil, lakin 10 faiz müsbət nəticə də “almaz” qədər qiymətli olur. Fundamental tədqiqatlara əsaslanmayan məhsulların və texnologiyaların yüksək rəqabətə davamlılığı praktiki olaraq qeyri-mümkündür. Ona görə də UNESCO-nun XXX Baş konfransında fundamental elm və keyfiyyətli təhsil proqramlarının dəstəklənməsi iqlim dəyişikliyi, təbiətin qorunması, qida və içməli su problemi kimi mühüm çağırışlarla birgə səsləndirilib. Bununla əlaqədar AMEA-da iqtisadiyyat üçün əhəmiyyətli, konkret praktiki hədəfli fundamental tədqiqatların yerinə yetirilməsinə daha çox diqqət yetirəcək.

Akademik vurğulayıb ki, elmin əsas missiyası cəmiyyətə xidmət etməkdir. Bu baxımdan fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlərin yerinə yetirilməsi, elmi nəticələrin praktikaya tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin onu da nəzərə almaq lazımdır ki, elmi nəticələr avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir, yeni ideyanın elmi laboratoriyadan başlayaraq bazara qədər çatdırılması zaman, maliyyə və səbir tələb edir. Son 7-8 ildə iqtisadi böhranlara baxmayaraq əksər ölkələrdə elm və texnologiyalara ayrılan vəsaitin artırılması heç də təsadüfi deyil. Təcrübə göstərir ki, elmə yanaşma praqmatik olmalıdır, elmin gəlir gətirməsi üçün ona sərmayə qoyulmalıdır. Bu məsələdə önəmli rolu dövlət sifarişləri və biznes oynaya bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı müxtəlif təşkilatların çoxsaylı sifarişləri əsasında 2021-ci il ərzində 2600 tondan çox kimyəvi məhsul istehsal edərək sifarişçilərə çatdırıb. Özünü maliyyələşdırmə prinsipi ilə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının kimya profilli rezidentləri hazırda ölkənin daxili bazarı üçün 60-70 çeşiddə məhsul istehsal etmək imkanına malikdir.

Müasir dövrdə elmin inkişafı getdikcə daha çox müxtəlif ölkə alimlərinın kollaborasiya şəklində fəaliyyətini ön plana çəkir. Bu baxımdan dünya elminə inteqrasiyanın əsas məqamları beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə, elmi əlaqələrin qarşılıqlı maraq əsasında, yüksək səviyyədə qurulmasına, beynəlxalq meqalayihələrdə iştiraka nail olmaqdır: “2021-ci ildə xeyli gənc tədqiqatçımız ABŞ, İngiltərə, Almaniya, Fransa, Belçika, Portuqaliya və digər ölkələrin nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparıb. Avropa Komissiyasının “Horizon 2020” proqramının “Tədqiqat və innovasiya” nominasiyası üzrə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya və Coğrafiya institutları nüfuzlu qrant müsabiqəsində qalib olan beynəlxalq qrupun tərkibində mühüm tədqiqatları hazırda davam etdirirlər”.

Cəmiyyətin tərəqqisində elmin nə qədər mühüm rol oynamasının sübuta ehtiyacı olmasa da geniş kütlələrə elmi nəticələrin maraqlı və mümkün qədər başa düşülən şəkildə çatdırılması üçün elmin təbliğində və populyarlaşmasında yeni forma və yolların istifadəsinə ehtiyac var. İnsanlar onları əhatə edən aləm haqqında bir çox suallara cavab almağı arzu edirlər, lakin istəyirlər ki, bu cavablar sadə, onların başa düşəcəyi tərzdə olsun. Ona görə də getdikcə çətinləşən elmi nəticələr ilə cəmiyyət arasında yaranan uçurumun daha da dərinləşməməsi üçün elmin təbliğində maraqlı və təsirli vasitələrin işlənilməsinə, sual doğuran və müəmmalı görünən məsələlər haqqında populyar müsahibələrin, görkəmli alimlər haqqında xatirələrin, maraqlı tədqiqatçılarla görüşlərin mütəmadi olaraq kütləvi informasiya vasitələrində təşkil olunması vacibdir. Təsadüfi deyil ki, Çin Respublikasında elmin populyarlaşması problemləri ilə məşğul olan xüsusi elmi-tədqiqat institutu fəaliyyət göstərir.

“Alim və cəmiyyətin qarşılıqlı əlaqəsi o qədər asan məsələ olmasa da, lakin qaçılmazdır, çünki bu əlaqənin əsasında vahid maraq durur ki, o da cəmiyyətin inkişafı, tərəqqisidir, insanların həyatının yaxşılaşdırılmasıdır. 1999-cu ildə Budapeşdə keçirilmiş Ümumdünya elm konfransında belə qarşılıqlı əlaqənin nə qədər vacib olması qlobal bir problem kimi qaldırılıb. Bu məsələdə əsas məsuliyyət elm adamlarının, ziyalıların, mütəxəssislərin və kütləvi informasiya vasitələrinin üzərinə düşür.

Elm bayramında cəmiyyətimiz tərəfindən elmə və elmi mühitə yalnız işıqlı hisslərin bəslənilməsi arzu edilə bilər. Yaddan çıxarmaq olmaz ki, dünyanın ən mühüm silahı zəkadır. U.Çörçillin sözlərinə görə, gələcəyin imperiyası zəka imperiyası olacaq. İnsan beyni və şüuru dünyanın ən böyük sirlərindən biridir, onun imkanları və insan idrakının hüdudları sərhədsizdir. Bilik işıqdır, biliksizlik isə keçmişdə qalsa yaxşı olar. Az da olsa yeni bilik almaq bizi həqiqətə yaxınlaşdırır, normal fəaliyyətimizdə narahatlıq yaradan bir çox lazımsız və qaranlıq fikirlərdən azad edir. Elmin məşhur populyarizatoru Sergey Kapitsanın vaxtilə səsləndirdiyi maraqlı bir fikir var: “Həyat nağıla bənzəyir. Hər ikisi getdikcə daha maraqlı olur. Ən böyük möcüzə isə odur ki, biz yaşayırıq və gələcək naminə nə isə etməyə çalışırıq”. Elm Günü münasibətilə Azərbaycanın bütün elm adamlarını təbrik edir, onlara ölkəmizin tərəqqisi naminə şərəfli, çətin və gələcək naminə fəaliyyətdə yeni uğurlar arzulayırıq”, - deyə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY

Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək

Bakı–Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər – Təhlil

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir

Azərbaycan-Özbəkistan münasibətlərinin gücü ortaq yaddaş və dəyişməz doğmalıqdır ŞƏRH

İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır

Azərbaycan-Özbəkistan əlaqələri konkret layihələr və praktiki nəticələrlə zənginləşir ŞƏRH

“Əmir Teymur” filmi Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək

Azərbaycan və Özbəkistan münasibətləri möhkəm təməl üzərində inkişaf edir - RƏY

Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

® Milli Biznesin İnkişafı Forumunun həftəlik xüsusi sessiyalarına start verilir

Heyrətamiz Vayt adasında bir gün - AZƏRTAC-ın əməkdaşı İngiltərənin cənubundan yazır

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

Laçın Beynəlxalq Film Festivalı başlayıb VİDEO

Laçın Beynəlxalq Film Festivalı başlayıb VİDEO

Ekspert: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin gələcək inkişaf arxitekturasını uzlaşdırır

İlahiyyat İnstitutu Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan-Özbəkistan münasibətləri siyasi müttəfiqlikdən vahid geoiqtisadi əməkdaşlıq modelinə keçir ŞƏRH

Fəlsəfə doktoru: Azərbaycan Prezidentinin Özbəkistana səfəri mühüm siyasi hadisədir

İsrailli məşhur veteran qapıçı: “Hapoel” favorit olsa da, “Sabah”ın potensialına hörmətlə yanaşıram – EKSKLÜZİV

® “AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanınıb

Gürcüstanda beynəlxalq süni intellekt düşərgəsi açılıb

® Mikrobiznes krediti artıq həm “Birbank”da, həm “Birbank Biznes”də əlçatandır

Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər

Sabah bəzi yerlərdə havanın temperaturu 41°-dək artacaq

Professor: Azərbaycan–Özbəkistan müttəfiqliyi təhsil əlaqələrinin inkişafına yeni imkanlar yaradır MÜSAHİBƏ

Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər

Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır

Auditoriyada keçən ömür

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb

Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır

Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir

Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür VİDEO

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür VİDEO

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib