Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasının onlayn ümumi yığıncağı keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ümumi yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olmuş və dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Ramiz Mehdiyev giriş nitqi ilə çıxış edərək, 2019-cu ildə elm sahəsində bir sıra uğurların əldə edildiyini və dövlət başçısının hər il olduğu kimi, bu il də Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirdiyini, elm sahəsinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini bildirib. O, ölkə Prezidentinin fərman və sərəncamlarını, tapşırıqlarını rəhbər tutaraq, AMEA-nın uğurla fəaliyyət göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, elmi araşdırmaların ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi AMEA-da həyata keçirilən işlərin əsasını təşkil edib.

Akademik Ramiz Mehdiyev hesabat ilində AMEA-nın ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibinin təsdiq edildiyini, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul edildiyini, elmimizin yeni prioritet istiqamətlərinin müəyyənləşdirildiyini, Akademiya Nizamnaməsinə bir sıra mühüm əlavə və dəyişikliklər olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun müəyyənləşdirildiyini, akademiyanın kadr təminatı, maliyyələşdirilməsi, innovasiya siyasəti sahəsində müşahidə olunan bir sıra neqativ halların aradan qaldırıldığını, hazırda beynəlxalq elmi əməkdaşlıq, elm və təhsilin inteqrasiyası, yüksəkixtisaslı kadr hazırlığı, innovasiya siyasətinin yeni əsaslarla qurulması, büdcədənkənar vəsaitlərin əldə edilməsi, akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks işlərin davam etdirildiyini deyib.

Akademik Ramiz Mehdiyev çıxışında, həmçinin koronavirus pandemiyasının bütün bəşəriyyət üçün ciddi bir təhdidə çevrildiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə düşünülmüş siyasət və çoxşaxəli qabaqlayıcı tədbirlərin öz müsbət nəticələrini verdiyini, insanların sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində bütün lazımi işlərin görüldüyünü qeyd edib. O bildirib ki, Azərbaycan bu sahədə bir sıra beynəlxalq miqyaslı təşəbbüslərin də müəllifidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi ilə bağlı ölkə başçısının təşəbbüslərini xüsusilə qeyd edən akademik Ramiz Mehdiyev bu tədbirlərdə aparılan müzakirələrin, qəbul olunmuş qərarların pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə mühüm töhfə olduğunu və koronavirusla mübarizənin Azərbaycan modelinin dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları, o cümlədən Dünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Akademik Ramiz Mehdiyev pandemiya və onun doğurduğu reallıqların bütün dünyada fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi zərurətini bir daha təsdiqlədiyini qeyd edərək, respublikada fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında bir sıra mühüm vəzifələrin dayandığını, akademiyada pandemiya ilə mübarizə və postpandemiya dövründə qarşıda duran vəzifələrə dair artıq müvafiq təkliflərin hazırlandığını, konkret vəzifələrin müəyyənləşdirildiyini bildirib. Alim, ilk növbədə, biologiya və tibb elmlərinə diqqətin artırılmasını, xüsusilə də, molekulyar biotexnologiya, mikrobiologiya, immunologiya, virusologiya və infeksion xəstəliklər sahəsində tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, eləcə də ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifələrin durduğunu, sosiologiya, iqtisadiyyat və digər elmi istiqamətlərin yeni səviyyədə inteqrasiyasına, multidissiplinar tədqiqatların genişləndirilməsinə ciddi ehtiyac olduğunu, ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi sektorların şaxələndirilməsi, neft və qaz gəlirlərindən asılılığın azaldılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edərək AMEA-nın biliklər cəmiyyəti quruculuğunda daha yaxından iştirak etməli olduğunu bir vəzifə kimi müəyyənləşdirib. O qeyd edib ki, alimlər milli iqtisadi təhlükəsizliyin tələblərinə müvafiq yeni iqtisadi modellərin işlənilib hazırlanmasına dəstək verməli, bio, nano, informasiya texnologiyaları və s. kimi aktual elmi istiqamətləri tədqiq etməli, milli proqram məhsulları sənayesinin formalaşması istiqamətində zəruri araşdırmalar aparmalıdırlar.

Sonra akademiyanın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın akademik-katibi Əminağa Sadıqov məruzə edib. O bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm sahəsi ilə bağlı 40-a yaxın fərman və sərəncam imzalayıb. AMEA-nın alimləri sənayenin, kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının, incəsənət və mədəniyyətin, səhiyyənin inkişafına, Azərbaycanın tarixinin və dilinin araşdırılmasına, qorunub saxlanılmasına xidmət edən, sosial məsələləri əhatə edən iyirmiyə yaxın dövlət proqramının icrasında iştirak edib, bir sıra elmi-tədqiqat işlərini və digər layihələri həyata keçiriblər. 2019-cu ildə bir sıra görkəmli elm xadimləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlətimizin yüksək mükafatları ilə təltif edilib.

Əminağa Sadıqov hesabat ilində AMEA-nın 2019-cu il 23 oktyabr tarixli ümumi yığıncağında akademik Ramiz Mehdiyevin yekdilliklə AMEA-nın prezidenti seçildiyini və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edildiyini xatırladıb. Qeyd olunub ki, ümumi yığıncaqda, həmçinin AMEA Rəyasət Heyətinin yeni tərkibi seçilib, akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifələrinə seçiliblər. Ümumi yığıncağın müvafiq qərarları ilə AMEA Nizamnamə Komissiyasının sədri və tərkibi təsdiqlənib, habelə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər qəbul edilib və təsdiq edilməsi üçün ölkə Prezidentinə təqdim olunub. Dövlət başçısının 2020-ci il 10 aprel tarixli Fərmanı ilə AMEA-nın Nizamnaməsinə müvafiq dəyişikliklər təsdiq edilib.

AMEA ümumi yığıncağının 2019-cu il 28 dekabr tarixli qərarı ilə “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” təsdiq edilib. İnkişaf proqramı növbəti beş il üçün elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi, alimlərin sosial təminatının yaxşılaşdırılması və s. məsələləri əhatə edir.

O, eləcə də AMEA Rəyasət Heyəti aparatının yeni strukturu, idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Əminağa Sadıqov qeyd edib ki, hesabat ilində AMEA-nın elmi bölmələrinə daxil olan elmi müəssisələrdə 147 problem çərçivəsində 542 mövzu üzrə 1618 elmi tədqiqat işi aparılıb, onlardan 34 iş tətbiq olunub. 159 qrant üzrə işlər davam etdirilib, 36 patent alınıb. Hesabat ilində AMEA-nın elmi müəssisələrində 139 mühüm elmi nəticə alınıb. Akademiyanın alimləri tərəfindən 518 kitab, 9431 məqalə və tezis, o cümlədən xaricdə 3107 məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş 1051 məqaləyə 20500-dən çox istinad olunub. Azərbaycanın elm və ali təhsil müəssisələrindən “Web of Science” bazasına bütün dövr ərzində (1975-2019) 17 mindən çox elmi əsər daxil edilib. Bu elmi əsərlərin 12 mindən çoxu (71 faizdən çoxu) AMEA-nın payına düşür. 2019-cu ildə “Web of Science” bazasına AMEA-nın 708 elmi əsəri daxil edilib və bu əsərlərə 2000-ə yaxın istinad olunub. Dünyanın nüfuzlu “Scopus” bazasında 2019-cu ildə dünya üzrə 5637 universitet və müəssisə arasında AMEA 775-ci yerdədir. Bu bazada AMEA-nın elmi reytinqi həm Cənubi Qafqaz ölkələrinin, həm də Orta Asiya ölkələrinin akademiyaları sırasında sosial göstəricilər üzrə birinci yerdədir. Hazırda AMEA-nın 68 elmi jurnalının 5-i “Web of Science” bazasına daxildir.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 23 nömrəli qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb. Ölkədə aparılan elmi-tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin birgə iclasında elmi istiqamətlər üzrə 38 yeni elmi şuranın yaradılması haqqında birgə qərar qəbul edilib. Hesabat ilində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi şuralarında respublika üzrə qeydiyyata alınmış dissertasiya mövzuları haqqında məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2010-2019-cu illər üzrə qeydiyyata alınmış fəlsəfə doktorluğu üzrə 8054, elmlər doktorluğu üzrə 1416 dissertasiya mövzusu haqqında məlumatlar illər üzrə sistemləşdirilib və şuraların web-saytlarında yerləşdirilib. Həmçinin AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə elmi istiqamətlər üzrə elmi şuralar haqqında Əsasnamə və elmi istiqamətlər üzrə elmi şuraların tərkibi təsdiq edilib.

Qeyd edilib ki, elmlə təhsilin inteqrasiyası məsələsi də hər zaman AMEA-nın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində olub. AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10036 nəfərdir. Elmi işçilərin ümumi sayı 4700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə doktorudur. AMEA-nın tərkibi 168 üzvdən ibarətdir: 67 həqiqi üzv, 101 müxbir üzv. AMEA-nın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.

Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə “Nizami” layihəsi çərçivəsində doktorantura təhsili üzrə milli idarəetmə portalı yaradıldığını nəzərə çatdıran akademik-katib doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirmək və birgə elmi araşdırmalar aparmaq məqsədilə AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında çərçivə sazişinin imzalandığını, həmçinin doktorantura təhsili ilə bağlı nümunəvi fərdi müqavilənin hazırlandığını bildirib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin müvafiq əmri ilə AMEA-nın magistraturasına 22 ixtisas üzrə 120 nəfər qəbul edilib. 2018/2019-cu tədris ilində 12 ixtisas və 37 ixtisaslaşma üzrə 63 tələbə AMEA-nın magistraturasını bitirib.

AMEA-nın elmi müəssisələrində ali təhsil müəssisələrinin 10-dan çox baza kafedrası fəaliyyət göstərir. Ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarında təhsil alan tələbələr hesabat ilində AMEA-nın elmi müəssisələrində elmi təcrübə keçiblər. 2019-cu ildə alimlərimiz Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birlikdə 30-dək dərslik və dərs vəsaiti nəşr etdirib, tədris proqramları hazırlayıblar.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə AMEA-nın beynəlxalq elmi əlaqələri daha da genişlənib. AMEA-nın 500-dən çox əməkdaşı xarici ezamiyyələrdə olub, müxtəlif ölkələrdən olan həmkarları ilə təqdim etdikləri ikitərəfli və çoxtərəfli müştərək layihələrin qalibləri olublar. “Horizon-2020” Proqramı üzrə 2, Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) dəstəyi ilə 1, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə 8 layihənin icrası, həmçinin CERN və BNTİ ilə birlikdə ATLAS və ALICE layihələri çərçivəsində tədqiqatlar davam etdirilir. Hesabat ilində AMEA ilə müxtəlif ölkələrin təşkilatları arasında alim və mütəxəssislərin mübadilə göstəriciləri üzrə Türkiyə və Rusiya ilk yerləri tutur. Bundan əlavə, MDB ölkələrindən Qazaxıstan və Özbəkistanla, Qərb ölkələrindən İngiltərə və Avstriya ilə, Şərq ölkələrindən Yaponiya və Koreya ilə alim və mütəxəssislərin mübadiləsi həyata keçirilib.

Əminağa Sadıqov 2019-cu ildə e-Azərbaycanın bir seqmenti olan e-elmin və elmin informasiya təminatının formalaşdırılması və inkişafı istiqamətində işlərin davam etdirildiyini və bir sıra nəticələr əldə olunduğunu diqqətə çatdıraraq, müxtəlif təyinatlı informasiya sistemləri və veb-saytların istifadəyə verildiyini bildirib. Vurğulanıb ki, elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunub və effektiv həlləri təqdim edilib. Həmçinin vətəndaş elmi layihələrinin formalaşdırılması məsələləri tədqiq olunub və ümumiləşdirilmiş konseptual modeli işlənilib. Elektron elmin şəbəkə platforması olan "AzScienceNet" Elm Kompüter Şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının “AzScienceNet” şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, onun resurslarından səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlər davam etdirilib.

Bildirilib ki, AMEA rəhbərliyi tərəfindən gənclər siyasəti hər il olduğu kimi, 2019-cu ildə də uğurla davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasını təşkil edən 3000-dən artıq tələbə, magistr, doktorant və alim sayına, eləcə də bilik potensialına görə günümüzdə respublikanın ən böyük intellektual qüvvəsi hesab edilir. “Magistr-2019”, “Gənc qadınlar elmdə”, “Gənc kimyaçılar elmdə” kimi bir sıra müsabiqələr, AMEA-da 35 yaşadək elmlər doktoru elmi dərəcəsi almış gənc alimlər üçün təsis edilib və digər mükafatlar gənc alimlərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi məqsədini daşıyıb.

Çıxışının sonunda Əminağa Sadıqov AMEA-nın qarşısında duran problem və perspektivlərdən danışaraq, qeyri-neft sektorunun inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülməsinin zəruriliyindən söz açıb. O, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın icrasından irəli gələn məsələləri və elmin qlobal çağırışlara uyğun inkişafını təmin etmək məqsədilə bir sıra vəzifələrin həyata keçirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Sonra AMEA-nın birinci vitse-prezidentləri - akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər - akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndiriblər. Onlar rəhbərlik etdikləri elmi bölmələrə daxil olan elmi müəssisə və təşkilatların əldə etdikləri ən mühüm nailiyyətlərdən söz açıb, bölmələrin qarşısında duran problem və vəzifələri müəyyənləşdirib, Azərbaycan elminin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Sadıqov AMEA üzvlərinin hesabata verdikləri qiymətlər və ümumi yığıncağın onun əsasında hazırlanmış qərar layihəsini səsləndirib.

Tədbirdə akademik Ramiz Mehdiyev AMEA üzvlərinin elektron poçt vasitəsilə təqdim etdikləri rəy, təklif və səslərini də nəzərə alaraq, qərar layihəsini səsə qoyub. Səsvermənin nəticələrinə əsasən AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib.

İclasda digər bir sıra elmi-təşkilati məsələlərə də baxılıb. AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonda AMEA-nın prezidenti yekun nitqində akademiyanın qarşısında yeni və daha mühüm vəzifələr dayandığını, alimlərimizin bütün potensialını səfərbər edib Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlara həm elmi nailiyyətlər, həm də aktiv vətəndaş mövqeyi ilə dəstək verməli olduqlarını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH