Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN NEFTİNİN XARİCİ BAZARLARA İXRACI UĞURLA DAVAM ETDİRİLİR

Bakı, 23 aprel (AZƏRTAC). Qədim neft diyarı kimi tanınan Azərbayсanda “qara qızıl”ın hasilatı və dünya bazarlarına ixraсı ilə bağlı məlumatlar hər zaman böyük əks-sədaya səbəb olur. Bu da təsadüfi deyildir. Statistik rəqəmlərdə ilbəil artım tempinin müşahidə olunması Azərbaycanda neft-qaz sənayesinin inkişafından xəbər verir. 2009-сu ilin göstəriciləri də böyük maraq doğurur. Ötən il Azərbaycanda neft hasilatı (kondensatla birlikdə) ilk dəfə olaraq 50,9 milyon tona çatmışdır. Bunun 9,06 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən hasil olunan xam neft təşkil etmişdir. Şirkətin məlumatına əsasən, hasil olunmuş neftin 6,04 milyon tonu emal, 44,3 milyon tonu isə ixrac edilmişdir (hasilatla ixrac və emal arasında cüzi fərq 2010-cu ilə keçid həcmlərini əks etdirir). İxrac olunmuş neftin 29,9 milyon tonu dünya bazarlarına ARDNŞ tərəfindən, 14,4 milyon tonu isə xarici tərəfdaşlara məxsus şirkətlər tərəfindən çıxarılmışdır. ARDNŞ ötən il İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya daxil olmaqla, 24 ölkəyə xam neft ixrac etmişdir. Azərbaycanda neft-qaz layihələri üzrə çalışan xarici şirkətlərə (“bp”, “Exxon”, “Chevron”, “Statoil”, “TPAO”, “İtochu”, “İnpex”, “Total”, “LUKoil”, “Hess” və s.) məxsus xam neft həmin şirkətlər tərəfindən müstəqil şəkildə ixrac edilir.

Xam neftin ixracında qiymət məsələsi xüsusi əhəmiyyət kəsb edir. İxrac-satış qiymətlərinin müəyyənləşməsi bir sıra amillərdən asılı olan mürəkkəb bir məsələdir. 2009-cu ilin yekunlarına görə ARDNŞ tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə dünya bazarlarına çıxarılan “Azəri Layt” markalı neftin orta satış qiymətləri 1 barrel üçün 61 ABŞ dollarından yüksək olmuşdur. İlin əvvəlində dünya bazarında hökm sürən tənəzzüllə əlaqədar Azərbaycan neftinin satış qiymətləri 1 barrel üçün təxminən 40-45 dollar təşkil etmiş, ilin axırında isə kəskin artım müşahidə olunmuşdur. Belə ki, 2009-cu ilin dördüncü rübü üzrə Ceyhan limanından ARDNŞ tərəfindən təchiz olunan “Azəri Layt” neftinin orta satış qiymətləri bir barrel üçün 67,38 dollar təşkil etmişdir. Ümumilikdə, bu rəqəm “Azəri Layt” neftinin dünya bazarında digər satıcıların qiymət diapazonuna təqribən uyğundur. Məsələn, Azəri-Çıraq-Günəşli layihəsi üzrə rəsmi hesablanan orta xalis ixrac qiyməti (layihə üzrə bütün tərəfdaşların qiymətlərini əks etdirən orta ixrac qiyməti) eyni dövr üzrə bir barrel üçün 67,14 dollar təşkil etmişdir.

Azərbaycan neftinin dünya bazarında satışı ilə əlaqədar bir məsələnin də qeyd olunması vacibdir. 2008-ci ilədək “Azəri Layt” neftinin ümumi hasilatında və satışında Azərbaycan dövlətinin və ARDNŞ-in payı o qədər də böyük deyildi. Şirkət həmin həcmlərin ixracını tender əsasında həyata keçirilən spot satışlarla özü təşkil edirdi. O zaman, neft həcmlərinin bilavasitə son istehlakçılara və uzaq regionlara satışlarının təşkilində ARDNŞ hələ lazımi təcrübəyə malik deyildi. Odur ki, keçirilən tenderlərin əsas iştirakçıları treyder şirkətləri olurdu. Xam neft qiymətlərinin son illərdəki kəskin bahalaşması ilə üst-üstə düşmüş Azəri-Çıraq-Günəşli layihəsinin uğurlu reallaşması, iştirakçılar arasında Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, layihə üzrə hasil olunan neftin podratçılar və Azərbaycan dövləti arasında bölgüsü nisbətinin dövlətin xeyrinə dəyişməsi ilə nəticələnmişdir.

Xam neftin iri həcmlərinin bazara çıxarılması və ixracın lazımi çevikliyinin təmin olunması məqsədi ilə ARDNŞ 2007-ci ilin dekabrında Cenevrə şəhərində öz ortaq treydinq şirkətini - “SOCAR Trading SA” şirkətini təsis etmişdir. Treydinq şirkətinin Cenevrədə yaradılması, bu şəhərin Avropadakı əsas işgüzar mərkəzlərindən olması və burada neft sənayesi, maliyyə və bank sektorundakı bir çox əsas iştirakçılarının baş ofis və nümayəndəliklərinin cəmləşməsi ilə bağlı idi. 2008-ci ildə fəaliyyətə başlamış “SOCAR Trading SA” şirkətinin qarşısında duran əsas vəzifə - “Azəri Layt” markalı neftin bazarlanması, onun dünya bazarlarında rəqabət qabiliyyətinin artırılması və neftin birbaşa son istehlakçılara çatdırılmasından ibarətdir. Hazırda “SOCAR Trading SA” şirkəti neft partiyalarını dünyanın 20-dən çox ölkəsinə, “Shell”, “Total”, “Sunoco”, “İrving”, “Exxon”, “Chevron”, “Agip” və s. kimi iri şirkətlərin sistemlərinə təchiz edir. “SOCAR Trading SA” şirkəti xam neftin ARDNŞ-dən müqavilə əsasında və mövcud dünya bazarı qiymətləri ilə alınmasını təmin edir. O, ARDNŞ-dən alınmış xam neftin uzaq regionlarda yerləşən istehlakçılara tankerlərlə daşınması və çatdırılması, satış zamanı istehlak bazarlarında xam neft qiymətlərinin, həmçinin fraxt (daşınma) qiymətlərinin arzuolunmaz dəyişməsi, ticarət əməliyyatlarının sığortalanması üzrə, tankerlərin gecikməsi ilə bağlı xərclər üzrə yaranan və yarana biləcək riskləri və bu risklərin idarə olunmasını öz üzərinə götürür. Məqsədlərinə nail olmaq üçün şirkət uzunmüddətli təchizat müqavilələri, müvafiq tanker fraxtı müqavilələri, taymçarter müqavilələri bağlayır, xecinq (bazarda qiymət risklərini azaltmaq), svop (müxtəlif aktivlərlə həyata keçirilən maliyyə-ticarət əməliyyatı) əməliyyatlarından və opsionlardan istifadə edir. “SOCAR Trading SA” şirkətinin fəaliyyəti nəticəsində neftimiz Şimali və Cənubi Amerika, Asiya bölgələrində Azərbaycan nefti üçün ənənəvi olmayan istehlak bazarlarına təchiz edilir. Xam neftin ixracı coğrafiyasının genişləndirilməsi məqsədi ilə şirkət ötən il Sinqapurda Asiya regionu üzrə nümayəndəliyini açmışdır. “SOCAR Trading SA” şirkətinin qarşısında müxtəlif məqsədlər durur. Bunlar svop əməliyyatlarının təşkili, prosessinq və tollinq (xammalın emal edilməsi) əməliyyatlarının keçirilməsi, taymçarter şərtilə tankerlərin icarəyə götürülməsi, yüksəkgəlirli və perspektivli aktivlərin alınması, xam neft və neft məhsullarının saxlanılması üçün dünyanın müxtəlif regionlarında çənlərin və terminalların icarə olunması, digər logistik və kommersiya məsələlərinin həll olunmasıdır. “SOCAR Trading SA” şirkəti qarşısında, həmçinin digər ölkələrin və istehsalçıların xam neft və neft məhsulları həcmlərinin ticarətini təşkil etmək vəzifəsi dayanır. Bu, ARDNŞ-in beynəlxalq miqyasda qabaqcıl şirkət olaraq mövqelərinin və nüfuzunun möhkəmlənməsi, əldə olunan mənfəətin artırılmasına xidmət edəcəkdir. Artıq bu istiqamətdə müəyyən işlər görülmüş və bu fəaliyyətin gələcəkdə daha da genişləndirilməsi gözlənilir.

Rüstəmov Araz

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər