Azərbaycan nümayəndə heyəti Qahirədə beynəlxalq konfransda iştirak edir
Qahirə, 19 yanvar, AZƏRTAC
Bu gün Qahirədə İslami İşlər üzrə Ali Şuranın 36-cı beynəlxalq konfransı işinə başlayıb. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında keçirilən konfransın mövzusu “İslamda peşələr: süni intellekt dövründə onların etik prinsipləri, təsirləri və gələcəyi”dir.
AZƏRTAC xəbər verir ki, 60-dan çox ölkədən nümayəndə heyətləri, beynəlxalq İslam təşkilatları və dini qurumların rəsmi təmsilçilərinin iştirak etdiyi konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev təmsil edir.
Konfransda radikal ideologiyaya qarşı vahid strategiyaların hazırlanması, dini qurumların ictimai sabitlikdəki rolu, müasir təbliğatda rəqəmsal vasitələrdən istifadə yollarının araşdırılması mövzusunda müzakirələr aparılacaq.
Tədbirin əsas məqsədi İslam dəyərləri ilə rəqəmsal gələcəyin perspektivləri arasında körpü yaratmaq, İslamın real həyatın və müasir dövrün tələblərinə cavab verən, onlara uyğunlaşa bilən bir din olduğunu təsdiqləməkdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:00]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [16:31]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [11:52]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:41]
FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO
- 08.08.2026 [11:11]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]