AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI NAZİRLƏR KOMİTƏSİNƏ SORĞU İLƏ MÜRACİƏT ETMİŞDİR
Sorğuda deyilir: “Ermənistanın yüzlərlə mülki şəxsi Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməsi faktı xüsusi narahatçılıq doğurur. Belə hərəkətlərin “İşğalçı dövlət mülki əhalinin bir qismini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz” müddəasını nəzərdə tutan Mülki şəxslərin müharibə vaxtı müdafiəsinə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinə ziddir. Bu köçürmə siyasətini həyata keçirən Ermənistanın öz qaçqın və məcburi köçkünlərini işğal altında olan Azərbaycan ərazilərinə buraxmamağı Ermənistanın hakimiyyət orqanlarından təkidlə tələb edən AŞPA-nın 2002-ci ildəki 1570 nömrəli tövsiyəsinə açıq şəkildə məhəl qoyulmur. Nazirlər Komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən mülki şəxslərin yerləşdirilməsinin bundan sonra da davam etdirilməsinin qarşısını almaq üçün nə kimi təcili tədbirlər görə bilər?”
Nazirlər Komitəsinə ünvanlanmış sorğu gələcəkdə bu məsələnin AŞPA-nın sessiyalarının birində müzakirə olunması üçün zəmin yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]