Azərbaycan nümayəndə heyətinin Tokio Olimpiadası üçün nəzərdə tutulan rəsmi idman forması hazırdır
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan nümayəndə heyətinin “Tokio-2020” Yay Olimpiya Oyunları üçün nəzərdə tutulmuş rəsmi idman formasının ilkin nümunəsi artıq hazırdır.
Bunu Milli Olimpiya Komitəsinin (MOK) marketinq şöbəsinin rəhbəri Mehman Kərimov AZƏRTAC-a açıqlamasında deyib.
M.Kərimovun sözlərinə görə, adətən Olimpiya Oyunları ilə bağlı rəsmi geyim formaları və bir sıra digər aksesuarlar ictimaiyyətə Oyunlara yaxın vaxtda nümayiş etdirilir. MOK rəsmisi belə bir nümayişin Azərbaycanın Olimpiya komandasının Oyunlara getməzdən öncə bütün iştirakçı federasiyalar və iştirakçılarla birgə keçiriləcək xüsusi tədbirdə baş tutacağını bildirib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının açılış mərasiminin iyulun 23-də, bağlanış mərasiminin isə avqustun 8-də keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]