Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazanıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paraatletika üzrə Azərbaycan millisinin üzvü Rüfət Rəfiyev Oyunlarda iştirak edəcək.
Paraatletimizin yüksək idman nəticələri nəzərə alınaraq, Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib. R.Rəfiyev nüvə itələmə növündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [19:47]
Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO
- 08.10.2026 [19:03]