Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir YENİLƏNİB VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

2 iyul Azərbaycan Polisinin peşə bayramı günüdür. Azərbaycan Polisi builki peşə bayramı günündə həm də yaranmasının 100 illik yubileyini qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən təntənəli tədbirdən əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) təmsilçiləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Sonra DİN-in təmsilçiləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təntənəli mərasim keçirilib.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borclarını yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əlamətdar yubiley münasibətilə polis orqanlarının şəxsi heyətinə təbrikini çatdırıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən 100 ildə Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı barədə geniş məruzə ilə çıxış edib.

Nazir asayiş keşikçilərinin şanlı yubileylərini böyük qürur hissi və xidmətdə qazandığı uğurlarla qeyd etdiklərini, bu münasibətlə ünvanladığı təbrikdə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Polisinin 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şərəfli yola yüksək qiymət verməsinin bütün şəxsi heyətin hədsiz sevincinə, ruh yüksəkliyinə səbəb olduğunu deyib. Ramil Usubov bu günlərdə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla 49 əməkdaşın dövlət mükafatlarına, 2 rəhbər vəzifəli şəxsin isə ali xüsusi rütbəyə layiq görüldüyünü vurğulayıb.

Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan, tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 il öncə - 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin Azərbaycan Polisi Günü elan edildiyini deyən daxili işlər naziri bu müdrik qərarın polisin ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümü olduğunu diqqətə çatdırıb.

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illər ərzində daxili işlər orqanlarının inkişaf etdiyi, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığı, Azərbaycan milisinin İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyi, Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illərin Daxili İşlər Nazirliyinin tarixində mühüm mərhələ olduğu qeyd edilib.

Bildirilib ki, məhz həmin dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı ciddi qərarlar qəbul edib. Şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsində 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun hissələri idi. Həmin döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub.

Ramil Usubov müstəqilliyin ilk illərində respublikamızda yaşanan ictimai-siyasi böhran, hərc-mərclik, özbaşınalıq, insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarımızın işğalı və separatizmin Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına alması, onu dağılmaq həddinə gətirməsi, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratması, cinayətlərin sayının kəskin artması, kriminogen durumun nəzarətdən çıxması, belə ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail olması, dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının alınması, anarxiyaya son qoyulması, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı danışıb.

Ən yeni tariximizə nəzər salan nazir 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, lakin həmin illərin də asan olmadığını, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləməyə cəhdlərin göstərildiyini, bu antimilli əməllərin qarşısının Ali Baş Komandanımızın qətiyyəti, möhkəm iradəsi, hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alındığını, məhz ictimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq onun rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan qlobal layihələrin reallaşdığını məmnunluqla xatırladıb.

Cinayətkarlığa qarşı mübarizədə digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birgə qazanılan uğurların mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirildiyi nəzərə çatdırılıb. Məlumat verilib ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan Respublikası 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, “Təhlükəsizlik” indikatoru üzrə 40-cı, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə 43-cü mövqedə qərarlaşıb.

Bildirilib ki, müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm verilir. Belə ki, son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarla gənc müxtəlif ölkələrin Polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir.

Nazir Ramil Usubov xidməti vəzifələrin icrasında yaxından köməyinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, hüquq mühafizə, xüsusi xidmət və digər dövlət orqanlarının əməkdaşlarına, Milli Məclisin deputatlarına, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə minnətdarlığını bildirib. Həmçinin gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür ifadə olunaraq, onlara ən xoş arzular çatdırılıb.

Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əminliklə qeyd edib ki, Azərbaycan Polisi inkişafın və rifahın rəhni olan sabitliyin qorunub saxlanılması, qanunçuluğun, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, andına sadiq qalaraq Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, dövlətimizin başçısının inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq.

Təntənəli mərasim nazirliyin ayrı-ayrı struktur qurumlarının şəxsi heyətinin, həmçinin xidməti nəqliyyat vasitələrinin və süvarilərin tribuna önündən keçidi ilə başa çatıb.

Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu