Azərbaycan Premyer Liqası: "Qarabağ" səfərdə “Turan Tovuz”a qalib gəlib
Bakı, 9 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" klubu "Turan Tovuz"un qonağı olub. Ağdam təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
“Qarabağ”ın heyətində Ovusu Kvabena fərqlənib. Rəqib komandadan isə Vüsal Məsimov avtoqola imza atıb.
Bununla da "Qarabağ" bu mövsüm çempionatda qələbə seriyasını davam etdirib. Qurban Qurbanovun komandası keçirdiyi 13 matçın hamısında qalib gəlib.
Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” 39 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Sabah” 34 xalla ikinci, “Neftçi” 26 xalla üçüncü, “Qəbələ” 20 xalla dördüncü, “Zirə” isə 19 xalla beşinci pillədə yer alıblar. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]