Azərbaycan Premyer Liqası: “Qəbələ” - “Zirə” görüşü heç-heçə başa çatıb
Bakı, 24 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 23-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun üçüncü oyun günündə “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar. Asif Məmmədov fərqlənib. Matçın 28-ci dəqiqəsində paytaxt təmsilçisi Ağabala Ramazanov hesaba tarazlıq gətirib.
Qeyd edək ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib-1:0. “Neftçi” öz meydanında “Səbail”i (2:1), “Qarabağ” isə “Sabah”ı (2:0) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]