Azərbaycan Premyer Liqası: X tura Qəbələdə yekun vurulacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Yeddi xalla 9-cu pillədə qərarlaşan “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Saat 16:30-da start götürəcək matçı Tural Qurbanov idarə edəcək.
Komandalar bunadək ölkə çempionatında cəmi bir dəfə qarşılaşıblar. Həmin oyunda Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Komandalar Qəbələ şəhər stadionunda ilk dəfə üz-üzə gələcəklər.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Neftçi” “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib. Həmçinin “Zirə”-“Kəpəz” matçında qol vurulmayıb (0:0), “Sabah” isə “Sumqayıt”ı məğlub edib - 3:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]