Azərbaycan Premyer Liqası: “Zirə” öz meydanında qələbə qazanıb
Bakı, 16 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Zirə" klubu "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 32-ci dəqiqəsində Hamidu Keyta hesabı açıb. İyirmi səkkiz yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşmanın 90+4-cü dəqiqəsində Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.
Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]