Azərbaycan Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XIV və XVI turunun oyun cədvəlində dəyişiklik edilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iki qarşılaşmanın başlama saatı dəyişdirilib.
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı klubun müraciəti əsasında “Kəpəz”lə XIV turun görüşü saat 18:30-da deyil, 14:00-da başlayacaq.
XVI turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı isə təşkilati məsələlərə görə saat 18:00-dan 17:00-a keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]