Azərbaycan Premyer Liqasında ikinci dövrə rekordla başlayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.
X turun “Turan Tovuz” - “Qarabağ” oyununu 6000 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi”-“Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.
Qeyd edək ki, “Turan Tovuz”-“Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]