Azərbaycan Premyer Liqasının oyunları həftədə üç gün ərzində keçiriləcək
Bakı, 15 iyul, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün püşkatma mərasimində deyib.
R.Musayev VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini söyləyib: “Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 kilometr radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]