Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN NÜFUZLU “ŞOU-TV” KANALINA MÜSAHİBƏSİ

Türkiyənin nüfuzlu “ŞOU-TV” kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş ölkənin “Axşam” qəzetinin yazarı Yavuz Göyalp Yıldıza müsahibəsini yayımlamışdır. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Hörmətli Prezident, ilk öncə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrindən başlamaq istəyirəm. Hər iki böyük layihə ilə bağlı son hadisələr haqqında danışsanız, məmnun olarıq.

- Hər iki layihə uğurla həyata keçirilir. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi işində keçmişdə müəyyən çətinliklər olmuşdur. Amma bütün bu maneələr aradan qaldırılıb və inşaat işləri həm Azərbaycanda, həm Gürcüstanda, həm də Türkiyədə çox uğurla davam edir. Nəzərdə tutulub ki, bu ilin sonuna qədər boru xətti istifadəyə veriləcək. Bütün işlər cədvəl üzrə gedir, böyük işlər görülübdür, böyük həcmdə vəsait qoyulubdur. Ümid edirəm ki, bu layihə vaxtında başa çatdırılacaq. “Şahdəniz” layihəsi də uğurla davam edir. Artıq orada da böyük işlər görülübdür. Ümid edirəm ki, bu da nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu da öz növbəsində, Azərbaycan təbii qazını Türkiyəyə, daha sonra isə digər Avropa ölkələrinə çatdıracaqdır.

- Gürcüstandakı son hadisələr Bakı-Tbilisi-Ceyhan neft kəmərinə mənfi təsir göstərə biləcək bir nəticə verdimi?

- Xeyr, Gürcüstanda baş verən hadisələrin bu layihəyə heç bir təsiri olmadı. Bildiyiniz kimi, üç ölkə öz ərazisində boru xəttinin qorunması üçün öhdəliklər götürmüşdür. Kəmərin təhlükəsizliyi ilə bağlı bütün məsələlər həmin ölkələrin səlahiyyətləri çərçivəsində həll edilməlidir. Bu vaxta qədər bu məsələdə heç bir çətinlik olmamışdır. Ümid edirəm ki, bundan sonra da olmayacaqdır.

- Hörmətli Prezident, Amerikada prezident seçkiləri yaxınlaşdığı bir dövrdə həmin ölkədəki ermənilər Prezident Buşa məktub göndərərək, Bakı-Ceyhan neft kəmərinin Gürcüstandan yox, Ermənistan ərazisindən keçməsini təklif etdilər. Bu cür təklifləri necə qiymətləndirirsiniz?

- Bilirsiniz ki, ermənilər hər zaman bu boru xəttinin əleyhinə çıxıblar. Çünki onlar gözəl başa düşürlər ki, kəmər istifadəyə veriləndən sonra Azərbaycanın iqtisadi potensialı xeyli dərəcədə artacaq, güclənəcəkdir. Təbii ki, Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilərsə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də üstünlük əldə edəcəkdir. İkincisi, bu layihə Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir daha yeni formada birləşdirən layihədir. Ermənistan onsuz da, regionda gedən bütün iqtisadi layihələrdən kənarda qalır. Demək olar ki, təcrid olunub. Bu layihə Ermənistanı daha da təcrid edəcəkdir. Bütün bu amilləri nəzərə almaq şərtilə, Ermənistan əvvəldən layihənin əleyhinə çıxmışdır. Sadəcə olaraq, Ermənistanın bu vaxtadək bütün cəhdləri nəticə verməmişdir. Ona görə də indi tələb edirlər ki, kəmər Ermənistan ərazisindən keçsin. Halbuki, bu, mümkün deyil, biz buna heç vaxt razı ola bilmərik. Digər tərəfdən, erməni lobbisi dünyada fəaliyyət göstərən ekoloji qurumlara, qeyri-hökumət təşkilatlarına böyük təzyiqlər göstərir ki, guya bu layihə ətraf mühit baxımından təhlükəlidir. Əslində isə, bu, belə deyildir.

- Gürcüstanda da ətraf mühit adı altında Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı çıxan bəzi qruplar var. Bəzi xarici ölkələr onları təşkilatlandırır, maliyyələşdirirlər. Bunların layihə üçün maneə yarada biləcəyinə inanırsınızmı?

- Xeyr, artıq onların heç bir təsiri qalmamışdır. Bilirsiniz, bəzi ekoloji qurumlar, bəlkə də, həqiqətən, narahatlıq hissləri keçirirlər. Amma onların böyük əksəriyyəti ermənilərin təsiri altında olan qurumlardır və burada ancaq siyasi motivlər var. “Mavi axın” layihəsi ətraf mühit üçün qat-qat təhlükəlidir. Amma baxın, onun tikintisində həmin təşkilatlardan heç birinin səsi çıxmadı. Nə üçün Bakı–Ceyhan kəmərinin əleyhinə çıxırlar? Bunun əsasında ancaq siyasi amillər dayanır. Bu təşkilatlar bizə kredit ayıran Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına da müraciətlər göndərmişlər. Onları bu işdən çəkindirmək üçün cəhdlər göstərmişlər. Amma onların heç birinin nəticəsi olmamışdır. Ermənistanın bu növbəti təxribat planı həyata keçməmişdir.

- Rusiyanın bu məsələyə mövqeyi necədir?

- Rusiyanın bu mövzu ilə bağlı hər hansı bir hərəkəti olmadı. Rusiya son illər ərzində, ümumiyyətlə, bu məsələlərə qarışmır, sadəcə olaraq, bir müşahidəçi kimi bu məsələyə münasibət göstərir. Heç bir problem, çətinlik, etiraz olmamışdır.

- Cənab Prezident, başqa bir mövzuya keçmək istəyirəm. İyun ayında Türkiyədə NATO-nun zirvə toplantısı keçiriləcək. Azərbaycan da NATO-ya üzv olmağa çalışır. Bildiyimə görə, Siz NATO-nun zirvə toplantısında iştirak edəcəksiniz. NATO-nun genişlənməsi prosesini necə qiymətləndirirsiniz?

- Bu, dünyada gedən təbii bir prosesdir və buna bütün qüvvələr təbii yanaşmalıdır. Azərbaycan da NATO-nun həyata keçirdiyi proqramlarda fəal iştirak edir, “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısıdır. Əlbəttə ki, Azərbaycan NATO-nun zirvə toplantısında da fəal iştirak edəcəkdir. NATO-nun genişlənməsi son illər ərzində dünyada gedən proseslərin təzahürüdür. Əlbəttə ki, dünya ictimaiyyəti bunu belə qiymətləndirməlidir.

- Hörmətli Prezident, icazənizlə, bildirmək istəyirəm ki, Əfqanıstan və İraqda NATO-nun iştirak etməsi məsələsinin gündəliyə gələcəyi ehtimal edilir. Qafqazdakı münaqişə ocaqlarının da NATO-nun səlahiyyət dairəsi çərçivəsində daxil olacağı gözlənilir. Bu, bölgədəki qüvvələr nisbətinə mənfi təsir edə bilərmi?

- Məncə təsir etməz, çünki bilirsiniz ki, bölgə müxtəlif ölkələrdən ibarətdir və bu ölkələrin də yolu eyni deyildir. Hər bir ölkə özünə uyğun siyasət seçib. Azərbaycanın da siyasəti uzun illər ərzində dəyişməz olaraq qalır. Biz öz gələcəyimizi Avratlantik məkanına inteqrasiyada görürük. Azərbaycanın bütün sahələrdə apardığı siyasət bunu deməyə əsas verir. Biz Avropa Birliyi ilə də daha sıx inteqrasiya etmək niyyətindəyik və bu istiqamətdə artıq praktiki işlər görülür. O cümlədən dünya birliyinə də inteqrasiya ölkəmiz üçün çox vacibdir. Bu baxımdan hesab etmirəm ki, bölgədəki qüvvələr nisbəti dəyişə bilər.

- Hörmətli Prezident, qarşıdakı beş ilə nəzər salsaq, Siz Prezident olaraq Azərbaycanı iqtisadi baxımdan, texnologiya, təhsil, sosial həyat, xarici əlaqələr baxımından necə görürsünüz? Qarşıdakı beş ilin Azərbaycanının layihəsini açıqlaya bilərsinizmi?

- Bu barədə mən öz çıxışlarımda əhaliyə kifayət qədər məlumat vermişəm. Bu, mənim seçkiqabağı kampaniyamın tərkib hissəsi idi. Seçkilərdə hər bir namizəd öz proqramı ilə iştirak edirdi. O cümlədən də mən. Mənim bütün planlarım ictimaiyyət üçün sirr deyildir. Mən Azərbaycanı müasir, iqtisadi cəhətdən güclü dövlət kimi görmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşı ölkəni bu cür görmək istəyir.

Eyni zamanda, inanıram ki, növbəti beş ildə Azərbaycanın bölgədə də, dünyada da nüfuzu artacaqdır. Ölkəmiz coğrafi-siyasi cəhətdən, həm bölgə üçün, həm də geniş mənada, Avropa üçün çox mühüm bir ölkədir. Burada çox güclü intellektual potensial var. Azərbaycanda yeni sənaye müəssisələri yaranacaqdır. Mənim təşəbbüsümlə həyata keçirilən sosial-iqtisadi islahatların ilk nəticələrini artıq, demək olar ki, biz müşahidə edirik. Eyni zamanda, Azərbaycanın bölgələrinin inkişafı da çox önəmlidir. Azərbaycanın təkcə paytaxtı Bakı yox, bütün bölgələri inkişaf etməlidir. Bu istiqamətdə də proqram tərtib edilib və mətbuatda dərc olunubdur. Azərbaycan öz neft və qaz ehtiyatlarını dünya bazarlarına çatdıraraq böyük səmərə əldə edəcək və bu da bizə imkan verəcək ki, iqtisadiyyatın bütün sahələri inkişaf etdirilsin. Mən ümid edirəm və əminəm ki, qarşıda duran bu proqramları biz ləyaqətlə yerinə yetirəcəyik.

- Mən də inanıram ki, qarşıdakı beş il ərzində Qafqaz dövlətləri arasından güclü bir Azərbaycan ortaya çıxacaq. Bəs, bu beş ildə qarşıya çıxa biləcək ən ciddi problem kimi nəyi görürsünüz?

- Hesab edirəm ki, beş il ərzində, bəlkə daha da az bir müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Artıq biz XXI əsrdə yaşayırıq və Ermənistanla birlikdə müxtəlif beynəlxalq təşkilatların da üzvüyük. Belə olan halda, bir ölkənin başqa ölkənin torpaqlarını işğal etməsi dözülməzdir. Bütün dünya ictimaiyyəti, böyük dövlətlər buna son qoymalıdır. Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır və beləliklə, bir milyon Azərbaycan qaçqın və köçkünü öz doğma torpaqlarına qayıtmalıdır. Bu, təkcə Azərbaycan üçün yox, bütün bölgə üçün önəmlidir. Çünki Ermənistan bölgə üçün təhlükədir, Dağlıq Qarabağ nəzarətsiz bir zonadır. Orada heç bir beynəlxalq nəzarət yoxdur, monitorinq keçirilmir. Bizdə olan məlumata görə, orada terrorist düşərgələri də fəaliyyət göstərir, narkotik maddələr yetişdirilir və nəql edilir. Bütün bunlar bölgə üçün böyük təhlükədir. Əlbəttə, bir halda ki, biz özümüzü Avropada, Avropanın bir hissəsi kimi görürük, deməli, Dağlıq Qarabağ Avropa məkanında qara bir ləkədir. Buna da son qoyulmalıdır.

İnanıram ki, bu məsələ həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və beləliklə, dünyada mövcud olan bütün hüquq normaları burada da öz əksini tapacaqdır.

- Hörmətli Prezident, Qarabağda heç bir beynəlxalq qurumun və ya müşahidəçinin fəaliyyət göstərmədiyini bildirdiniz və orada narkotiklərlə və terrorla bağlı fəaliyyətlərin artdığını vurğuladınız. Nə üçün buna göz yumulur?

- Bunun müxtəlif səbəbləri var. Biz dəfələrlə bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirəm ki, ilk növbədə, erməni lobbisinin dünyada güclü olması, müxtəlif ölkələrdə fəaliyyət göstərməsi ən əsas amillərdən biridir. Çünki Ermənistan özü iqtisadi cəhətdən də, siyasi cəhətdən də zəif və gücsüz bir dövlətdir. Ermənistan öz siyasətində işğalçılıq prinsipinə əsaslanır, öz ölkəsində ciddi problemlərə baxmayaraq, digər ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Ermənistanın təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da ərazi iddiaları var. Ermənistan “xalqın öz müqəddəratını təyinetmə” prinsipini rəhbər tutaraq, digər ölkələr üçün də problem yaradır. Əlbəttə ki, əgər erməni lobbisi, onun güclü maliyyə dəstəyi olmasaydı, Ermənistan özünü belə apara bilməzdi. Bunun əsas səbəbi bu amildədir və bu amil, əfsuslar olsun ki, böyük dövlətlərin mövqeyində böyük rol oynayır. Beynəlxalq təşkilatlar da bu amilə görə öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Mən hesab edirəm ki, dünyada buna bənzər münaqişələrin həllində bütün dünya ictimaiyyəti və bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq təşkilatlar ikili standartlara yol verməməli, vahid bir mövqedən yanaşmalıdırlar. Əgər belə olarsa, əminəm ki, tezliklə Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxaracaqdır.

- Hörmətli Prezident, son günlərdə Türkiyədə Ermənistanla sərhədin açılması məsələsi gündəliyə gəlib. Azərbaycan-Türkiyə münasibətlərini bu müzakirələr çərçivəsində dəyərləndirsək, bu əlaqələri necə görürsünüz?

- Bilirsiniz, bu məsələ indi Azərbaycan cəmiyyətində, yəqin ki, Türkiyədə də və digər ölkələrdə də müzakirə olunur. Bizdə bu barədə heç bir rəsmi bəyanat, sənəd yoxdur, bu məsələ müzakirə mövzusu deyildir. Mən keçən ilin sentyabrında Baş nazir kimi Türkiyədə olarkən bu məsələ müzakirə olunmuşdur və Türkiyənin belə bir mövqeyi bir daha bəyan edilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhəd açılmayacaqdır. Mənim üçün bu, kifayətdir.

O ki qaldı bu məsələnin ciddiləşməsinə, əgər bu, müzakirə olunursa, deməli, buna əsas var. Hər bir ölkənin və yaxud ölkədə fəaliyyət göstərən qrupların maraqları, bu günün, dünənin, sabahın maraqları ola bilər. Amma tarix də var. Ölkələrimiz, xalqlarımız bütün dövrlərdə, əsrlərdə bir-birinə kömək, dayaq olmuşlar. Bu gün də belə olacaq, sabah da, əlli ildən, iki yüz ildən sonra da. Hər hansı bir qərarın qəbul olunmasında da bu amil nəzərə alınır. Bu məsələyə tarix prizmasından baxılmalıdır və əminəm ki, Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bundan sonra da əbədi olacaqdır.

- Cənab Prezident, Türkiyədə belə bir fikir də var ki, Ermənistan ilə sərhəd açılarsa, həmin ölkəyə nəzarət etmək asanlaşar və bu, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin düzəlməsi baxımından faydalı olar.

- Mənim fikrim belədir ki, bu, o qədər də həqiqəti əks etdirən mövqe deyildir. Bunu deməyə də əsas var. Baxın, dünyada nələr baş verir. Balaca, iqtisadi cəhətdən zəif, gücsüz Ermənistan Türkiyəyə bütün ölkələrdə hücumlar edir. Avropada da, Amerikada da, bütün qitələrdə, hər yerdə uydurma “soyqırımı” haqqında bəyanatlar qəbul olunur. Türkiyə əleyhinə kampaniyalar aparılır. Ermənistan daim Türkiyəyə hücumlar edir və Türkiyə sadəcə, özünü müdafiə edir. Belə olan halda, sərhəd açılarsa, kimin təsiri daha çox olacaq – bu, hələ sual altındadır.

Bilirsiniz, yenə də deyirəm, əgər bir ölkə kimi Ermənistan özü bunu etmiş olsaydı, heç vaxt heç bir uğura nail ola bilməzdi. Erməni lobbisi və onları dəstəkləyən bəzi qüvvələrin sayəsində Ermənistan bu cür əsassız iddialarla çıxış edir. Baxın, Azərbaycanda baş vermiş hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi məhz Ermənistanın separatçı meyllərindən doğmuşdur. Türkiyəyə qarşı Ermənistanın iddiası var. Gürcüstanla bağlı buna bənzər iddialar var. Yəni bu ölkə, Ermənistan dinc oturmur. Bu ölkənin özünün o qədər problemləri var ki, əgər ancaq öz problemləri ilə məşğul olsaydı, bəlkə də müəyyən dövrdən sonra iqtisadiyyatını bərpa edə bilərdi. Amma bütün bu problemlər qala-qala, sən gəl Azərbaycana, Türkiyəyə, Gürcüstana, digər ölkələrə iddia ilə çıxış et?! Bu, heç bir məntiqə sığmır. Bir daha onu göstərir ki, bu ölkə öz yanlış siyasətindən, xülyalardan əl çəkmir. Bu, “Böyük Ermənistan” xülyası ilə yaşayan ölkədir və belə siyasətin gələcəyi yoxdur.

- Diaspordakı ermənilər ilə Ermənistanda yaşayan ermənilərin bir-birilərindən fikir baxımından, siyasi baxımdan fərqli hərəkət etdikləri haqqında mülahizələr var. Siz bununla razısınızmı?

- Xeyr. Bizdə bu barədə kifayət qədər məlumat yoxdur. Hesab edirəm ki, diasporun dediyi həlledicidir. Ermənistanda görülən iqtisadi işlər yalnız diaspor tərəfindən həyata keçirilir. Mənə deyirlər ki, hətta binaların divarlarının boyanması da diasporun pulu ilə edilir. Əgər diaspor öz yardımını kəsərsə, Ermənistan çökər.

- Hörmətli Prezident, Azərbaycan bir çox layihədə Türkiyənin yanında oldu. Hörmətli Heydər Əliyevin vaxtından başlayaraq, Azərbaycan Türkiyəyə daha da yaxınlaşdı. Bütün təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi gerçəkləşdi. Azərbaycan bir çox nöqtədə Türkiyə üçün addımlar atdı. Siz Türkiyədən nə gözləyirsiniz, hansı sahələrdə dəstək gözləyirsiniz?

- Qardaş qardaşdan heç nə istəməməli, heç nə ummamalıdır. Bu, təbii hisslər, təbii münasibətlərdir. Azərbaycan, dediyiniz kimi, həmişə Türkiyənin yanında olub və öz siyasətini bu istiqamətdə aparıbdır. Eyni zamanda, Türkiyə də Azərbaycana böyük kömək göstərmiş, dəstək vermişdir. Bunu biz heç vaxt unutmamalıyıq. Əlbəttə, biz hesab edirik ki, gələcəkdə də bu meyllər davam edəcək, bütün məsələlərdə bir-birimizə arxa, dayaq olmalıyıq. Ölkənin hansısa mühüm bir problemi, iqtisadi çətinliyi ola bilər. Ticarətin də daha fəal getməsi üçün hansısa addımların atılması, bəlkə də, zəruridir. Amma, ən başlıcası, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır. Heç bir başqa amil buna çata bilməz. Biz bu amili həmişə rəhbər tutsaq, ölkələrimiz arasında daim qardaşlıq hissləri davam edəcəkdir.

- Cənab Prezident, Türkiyəyə, xüsusilə Ermənistan məsələsində, həm Avropa Birliyi, həm də ABŞ tərəfindən təzyiqlər edilir. Sizcə, Türkiyə bu təzyiqlərə dözə biləcəkmi?

- Bilirsiniz, Azərbaycana da təzyiqlər göstərilirdi. Azərbaycan əlbəttə ki, böyük ölkə deyildir. Əgər yadımıza salsaq, 1994-96-cı illərdə Azərbaycanın iqtisadi vəziyyəti çox pis idi. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış bir ölkə idi. Azərbaycanda iqtisadi tənəzzül o qədər güclü idi ki, hər il iqtisadiyyat 10, 20, 30 faiz aşağı düşürdü. Həmin o illər ərzində Bakı-Ceyhan layihəsi ilə əlaqədar çox böyük təzyiqlər olmuşdur. Hətta bir neçə dəfə hərbi çevrilişlərə cəhd də edilmişdir. Bunun təməlində məhz Azərbaycanın öz neft ehtiyatlarını dünya bazarlarına Türkiyə ərazisi ilə çatdırmasının qarşısını almaq məqsədi vardı. Amma Azərbaycan buna dözdü.

Türkiyə böyük ölkədir, qüdrətli, böyük hərbi, iqtisadi potensiala malik dövlətdir. Təbii ki, Türkiyə təzyiqlərə dözəcək və dözməlidir. Təzyiqlər daim olacaqdır. Biz, təəssüflər olsun ki, dünyada mövcud olan ikili standartlarla üzləşirik. Bu ikili standartlar var. Nə üçün Türkiyəni bu vaxta qədər Avropa Birliyinə qəbul etmədilər? Nə üçün Türkiyədən sonra müraciət edən ölkələr qəbul edilir, Türkiyə qəbul olunmur? Bu suala gərək cavab verilsin. Əgər biz, həqiqətən, dünyada ədalətin, demokratiyanın, insan haqlarının qoruyucusuyuqsa, əgər, həqiqətən, bu amilləri üstün tuturuqsa, onda ədalət hər yerdə olmalıdır. Türkiyə çoxdan Avropa Birliyinə üzv olmalı idi. Amma qəbul etmirlər, şərt qoyurlar. O şərtdən sonra başqa bir şərt çıxacaq. Sonra yenisi çıxacaqdır. Azərbaycan da bütün bu acı həqiqətləri yaşayıb və yaşayır.

Biz nə etməliyik? Biz öz siyasətimizi müstəqil şəkildə aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da güclənsin, qüdrətlənsin, möhkəmlənsin. Bizim gücümüz də birlikdədir. Birlik olmalıdır. Həmişə olduğu kimi, bundan sonra da bir olsaq, qarşımızda duran bütün problemləri, əngəlləri aşacağıq və gələcəyə doğru böyük addımlarla irəliləyəcəyik.

JURNALİST: Cənab Prezident, müsahibəyə görə dərin təşəkkürümüzü bildiririk.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub