Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

- Mən bir daha sizi qarşıdan gələn sərhədçi günü münasibətilə təbrik edirəm. 

Mən öz çıxışımda qeyd etdim və bir daha demək istəyirəm ki, bu gün Azərbaycanda sərhəd qoşunları çox vacib vəzifələri yerinə yetirirlər və bunu çox uğurla edirlər. Bizim ümumi siyasətimizə uyğun şəkildə həm maddi-texniki baza möhkəmlənir, quruculuq işləri aparılır, sərhədin qorunmasında mühüm addımlar atılır, eyni zamanda sosial sahəyə diqqət göstərilir - yaşayış evlərinin tikintisi, idman qurğularının yaradılması bu məqsədlərə xidmət edir. Yəni bizim fəaliyyətimiz çoxşaxəlidir. Mən bunu böyük məmnunluq hissi ilə qeyd etməliyəm.

Sərhəd Qoşunlarının formalaşmasında ulu öndər Heydər Əliyevin çox böyük rolu olmuşdur. Bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sərhədlərimiz çox şəffaf idi, ümumiyyətlə, sərhəd yox idi. Ona görə belə çətin şəraitdə qısa müddət ərzində Sərhəd Qoşunlarının formalaşması və sərhədlərimizin möhkəmlənməsi həm çox böyük əhəmiyyət daşıyıb, eyni zamanda çox çətin bir məsələ idi. Bu gün deyə bilmərik ki, bizim sərhədlərimiz tam şəkildə qorunur, yüz faiz qorunur. Belə deyil və bu da təbiidir. Çünki bizim Rusiya ilə sərhəd qurğularımız yox idi. Bu, yaranmalıdır, infrastruktur, mühəndis işləri aparılmalıdır. Gürcüstanla da həmçinin. Bu istiqamətdə də böyük işlər görülür və görülməlidir. İranla Sovet İttifaqının sərhədi var idi, amma 1990-cı illərin əvvəllərində o sərhəd dağıdılmışdı. Faktiki olaraq, o yenidən yaranmalıdır, mühəndis işləri aparılmalıdır. Yəni bu, həm böyük vəsait tələb edir, eyni zamanda böyük peşəkarlıq tələb edir. İşə məsuliyyətlə yanaşanda, əlbəttə ki, bu məsələlər öz həllini tapır.

Azərbaycan çox səmərəli və uğurla inkişaf edir. Bizim iqtisadi potensialımız güclənir və yaxın gələcəkdə maliyyə problemlərimiz olmayacaqdır. Həm insanlarımızın həyat səviyyəsinin yaxşılaşması üçün addımlar atılacaq, əmək haqları, pensiyalar, digər sosial müavinətlər artırılır və artırılacaq, həm də yeni infrastrukturun yaranması və ilk növbədə, bizim təhlükəsizliyimizin təmin olunması üçün addımlar atılacaqdır.

Biz çox çətin, o qədər də sabit olmayan bölgədə yaşayırıq. Bu gün burada xəritədə göstərildi ki, Azərbaycandan o qədər də uzaq olmayan yerlərdə çox dəhşətli hadisələr baş verir. Demək olar ki, hər gün terror aktları, digər xoşagəlməz hadisələr, zorakılıq aktları baş verir. Azərbaycan bu bölgədə sabitlik məkanıdır, təhlükəsizlik adasıdır. Biz bunu qorumalıyıq. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər və edəcək də. Çünki Heydər Əliyevin gördüyü işlər nəticəsində, həyata keçirdiyi tədbirlər nəticəsində o qədər möhkəm zəmin yaranıb ki, indi bu təməl üzərində biz möhkəm iqtisadiyyat qururuq. Ancaq əgər bizim sərhədlərimiz lazımi səviyyədə qorunmasa, əgər Azərbaycanın gələcəyini, müstəqilliyini istəməyən qüvvələrin qarşısında möhkəm sədd qoyulmasa, bizim uğurlarımız şübhə altına düşə bilər. Ona görə ölkədə təhlükəsizliyin təmin olunması, sabitliyin saxlanması, əmin-amanlığın, asayişin davam etdirilməsi bizim inkişafımız üçün başlıca şərtdir. Bu işdə Sərhəd Qoşunlarının üzərinə çox böyük vəzifələr düşür.

Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Bu, bizim siyasətimizdir və Avropa məkanına inteqrasiyamız bizim xarici siyasətimizin vacib istiqamətlərindən biridir. Belə olan halda, əlbəttə, sərhəddə insanların gəliş-gedişinə maneçilik törətmək, əlavə yoxlamalar aparmaq yolverilməzdir. Avropada bu məsələlərə, belə işlərə o qədər də rast gəlinmir. Amma eyni zamanda, biz öz müstəqilliyimizi, təhlükəsizliyimizi qorumalıyıq.

Azərbaycan həm iqtisadi cəhətdən, həm də coğrafi-siyasi cəhətdən çox cəlbedici ölkədir. Təsadüfi deyil ki, bu bölgədə yerləşən ölkələr arasında indi ən böyük maraq Azərbaycana göstərilir. İlk növbədə, bizim coğrafi vəziyyətimiz, çox ardıcıl, müstəqil siyasətimiz, iqtisadi inkişafımız, təbii ehtiyatlarımız, Azərbaycan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri - bütün bunlar dünya üçün böyük əhəmiyyət kəsb edən məsələlərdir. Azərbaycan antiterror koalisiyasının çox fəal üzvüdür və bizim fəaliyyətimizdən də çox şey asılıdır. Biz dəfələrlə öz hərəkətlərimizlə, görülən tədbirlərlə antiterror koalisiyasının ümumi işinə böyük töhfələr vermişik. Ona görə təbiidir ki, dünyanın aparıcı ölkələri, ümumiyyətlə, dünya birliyi tərəfindən Azərbaycana maraq artır. Bunun həm müsbət tərəfləri var, eyni zamanda çətinlik törədən tərəfləri var. Müsbət tərəflər hamıya aydındır. Çətinlik yaradan tərəflər ondadır ki, xoş niyyətlə gələnlərlə yanaşı, Azərbaycana mənfi niyyətlə gələnlər də var və yəqin ki, onların sayı azalmayacaqdır. Çünki ölkəmizin önəmi ildən-ilə artacaqdır.

Bu gün bizim ölkədə dünyanın ən böyük enerji layihəsi - Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi həyata keçirilir. Bu kəmər ilk növbədə, bizə lazımdır və Azərbaycanın maraqlarına xidmət edir, insanlarımızın rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Bu kəmər hələ işə düşməyib ancaq artıq indi dünya iqtisadiyyatında böyük rol oynayır. Ona görə də bu, çox ciddi amildir.

Əlbəttə, Sərhəd Qoşunlarının təkmilləşməsində və gələcəkdə daha yüksək səviyyəyə çatmasında biz hamımız maraqlıyıq. Dövlət başçısı, Ali baş komandan kimi mən bu məsələyə çox böyük diqqət göstərirəm. Mən Elçin Quliyevlə daim təmasdayam, həftədə bir neçə dəfə əlaqə saxlayırıq və bütün məsələlər həll olunur. Mən başqa sahələrə də diqqət göstərirəm. Amma məni sevindirən odur ki, bu sahədə - yeni sərhəd dəstələrinin yaranmasında, zastavaların tikilməsində, infrastrukturun, mühəndis işlərinin, texnikanın təmirində işlər göz qabağındadır.

Mən yaxşı bilirəm ki, bir neçə il bundan əvvəl Prezident Heydər Əliyev tərəfindən qəbul edilmiş qərara görə, Sərhəd Qoşunlarına hərbi texnika-gəmilər, vertolyotlar, digər texnika verilmişdir. Bunu hamımız yaxşı bilirik ki, əvvəllər texnika hansı vəziyyətdə idi. Demək olar ki, yararsız, faktiki olaraq, çox pis vəziyyətdə idi və ümumiyyətlə, köhnəlmişdi.

Amma siz qısa müddət ərzində bunu təmir elətdirdiniz və bu gün ən yüksək standartlara cavab verir. Yəni bu, onu göstərir ki, burada iş gedir. Siz təşəbbüs göstərirsiniz, məsələ qaldırırsınız. Bir var ki, kimsə, hansısa sahəyə cavabdehdir, sadəcə olaraq, oturub göstəriş gözləyir. Yaxud da gözləyir, nə vaxt bundan soruşacaqlar ki, sən nə ilə məşğulsan. Amma bir də var ki, özün təşəbbüs göstərəsən, məsələ qaldırasan. Qaldırılan hər bir məsələyə operativ qaydada baxılır və qərar qəbul olunur. Ona görə sizin fəallığınız, təşəbbüskarlığınız, Dövlət Sərhəd Xidməti rəisinin fəaliyyəti məni çox sevindirir. Mən bunu tərif üçün demirəm, ona görə demirəm ki, bayram ərəfəsindəsiniz. Sadəcə olaraq, bu, həqiqətdir və həqiqət də deyilməlidir. Həm mənfi, həm müsbət cəhətlər deyilməlidir. Harada problem varsa, o araşdırılmalı və qərar qəbul olunmalıdır.

Əlbəttə, gələcəkdə daha da böyük işlər görüləcəkdir. Yenə də deyirəm, bizim maliyyə imkanımız artır, gələn ilin büdcəsi təxminən 1 milyard dollar artmalıdır. Bunun əsas mənbəyi Azərbaycanda gedən iqtisadi inkişaf, maliyyə nizam-intizamının möhkəmlənməsi və yeni iş yerlərinin, yeni müəssisələrin işə düşməsidir. Təbii ki, hər bir yeni müəssisə fəaliyyət göstərərək vergilər ödəyir və ümumi büdcəmizə vəsait daxil olur. Nəzərə alsaq ki, gələn ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəcək və bundan da, Azərbaycan xəzinəsinə yüz milyonlarla dollar əlavə vəsait daxil olacaqdır.

Onu demək istəyirəm ki, maliyyə cəhətdən bizim problemimiz olmayacaqdır. Sadəcə olaraq, 2010-cu ilə qədər qəbul edilmiş proqram çərçivəsində nəzərdə tutulan bütün məsələlər öz həllini tapmalıdır. Əgər imkanımız olarsa, bəlkə də proqramı 2010-cu ilə qədər yox, daha da tez icra etdik. Elə etməliyik ki, bizim sərhədimiz yüz faiz qorunsun, yüz faiz. Əlbəttə, çətinliklər var. Bizim təbiətimiz də elədir ki, sərhədlərin böyük hissəsi hündür dağlardan keçir, meşələrdən keçir və onları mühafizə etmək çox çətindir, çox böyük vəsait tələb edir. Eyni zamanda, gərək texniki imkanlar da olsun. Ancaq siz bilin ki, vəsait baxımından problem olmayacaqdır. Ona görə işlərinizi və gələcək planlarınızı elə qurun ki, qısa müddət ərzində bizim sərhədlərimiz tam şəkildə qorunsun.

Bunu etmək çətindir. Mən bu gün dedim ki, bizim Rusiya və Gürcüstanla bütövlükdə sərhədimizin uzunluğu təxminən 1000 kilometrə qədərdir. Bunun hər bir addımında sərhəd infrastrukturu yaratmaq çətindir. Bu, həm zaman, həm də vəsait tələb edir. Amma buna biz çalışmalıyıq.

Sərhədə nəzarət güclənibdir. Mənə Elçin Quliyev məruzə edib ki, yeni sistemlər, yəni kompüter sistemləri tətbiq olunur. Biz bilməliyik və bilirik ki, Azərbaycana kim nə vaxt daxil olur, hansı müddətə daxil olur. Əlbəttə, bu yeni sistem sizə əlavə imkan yaradacaqdır.

Mən görürəm ki, yeni texnologiyaların tətbiq olunmasında siz çox fəalsınız. Bu da məni çox sevindirir. Çünki indi Azərbaycan dünya birliyinə inteqrasiya edir. Biz ən yüksək texnologiyaları mənimsəməli və tətbiq etməliyik. Dünyanın, dünya şirkətlərinin elektron texnologiyaları sahəsində böyük uğurları var. Ona görə gərək Azərbaycana ən müasir texnika və avadanlıq gətirilsin.

Yenə də deyirəm, Azərbaycana hər ilə çoxlu, yüz minlərlə insan, müxtəlif ölkələrin nümayəndələri gəlir. Onların tam əksəriyyəti xoş niyyətlə gəlir. Burada ya iş görmək, ya bizneslə məşğul olmaq üçün, turist kimi gəlirlər, xarici şirkətlərin işçiləri gəlir. Burada, Azərbaycanda minlərlə xarici vətəndaş yaşayır.

Bilirsiniz ki, Azərbaycanda hökm sürən ab-hava, dözümlülük, tolerantlıq ölkəmizi xarici vətəndaşların yaşaması üçün çox gözəl bir diyara çeviribdir. Bəziləri, müqavilə ilə gələn xaricilər müqavilə vaxtı bitəndən sonra getmək istəmirlər. Bu, çox müsbət haldır. Yəni biz elə ölkə yaratmalıyıq və yaradırıq ki, burada ilk növbədə, Azərbaycan vətəndaşları rahat yaşasınlar və hər bir qonaq da özünü doğma evindəki kimi hiss etsin. Amma onu da bilirik ki, bəd niyyətlərlə gələnlər də var. Casusluq edənlər, başqa niyyətlə gələnlər var. Azərbaycanı istəməyən, bizim müstəqilliyimizi qəbul etməyən, bizim xoşbəxtliyimizi, ölkəmizin xoşbəxt gələcəyini istəməyən qüvvələr də var. İlk növbədə, bunlar dünyada çox böyük imkanlara malik olan erməni lobbisi, dünya erməniləridir ki, indi Azərbaycana qarşı yeni metodlardan istifadə etmək istəyirlər.

Baxın, nə qədər çalışdılar ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri baş tutmasın. Nə qədər problem yaratmağa çalışdılar. Beynəlxalq maliyyə qurumlarına, Amerika Konqresinə nə qədər məktublar yazdılar. Amerika Konqresində bəzi ermənipərəst konqresmenlər də Amerika hökumətinə çox çirkin yazılar, məktublar yazdılar ki, bu kəmər çəkilməməlidir. Əgər çəkilsə də, yalnız Ermənistandan keçməlidir. Nə üçün Ermənistandan keçməlidir? Ermənistan bir ölkə kimi nədir ki, o kəmər oradan keçməlidir?

Ümumiyyətlə, Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Hansı müstəqillikdən söhbət gedə bilər? Əgər sənin öz doğma torpağının hüdudlarında başqa ölkənin vətəndaşı, hərbçisi dayanırsa, hansı müstəqillikdən söhbət gedə bilər? Müstəqillik sadəcə olaraq atribut - bayraq, himn, yaxud da başqa şey deyildir. Müstəqillik o deməkdir ki, sən öz xalqının maraqlarına cavab verən müstəqil siyasət aparırsan. Heç kimdən çəkinmədən, heç kimə baxmadan, öz müstəqilliyinin möhkəmlənməsi üçün siyasət aparırsan. Bu, Azərbaycanda var və biz heç kimə imkan vermərik ki, bizim müstəqil siyasətimizə qarışsın. Bizim hüdudlarımız da, torpağımız da Azərbaycan vətəndaşları tərəfindən qorunur və qorunacaqdır.

Biz əməkdaşlığa, dostluğa açığıq. Biz çox mehriban millətik. Ancaq bizim öz siyasətimiz var. Bu, müstəqil siyasətdir və ən başlıcası odur ki, bu siyasət xalqın iradəsinə əsaslanır.

Yenə də bu məsələyə qayıtmaq istəyirəm. Dünyada fəaliyyət göstərən erməni lobbisi indi yeni bir mövzu ortaya atıbdır. Çünki Azərbaycanın siyasi mövqeləri möhkəmlənir, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qərarlar ədalətlidir və bizim mövqeyimizi əks etdirir. Avropa Şurasının qətnaməsində göstərilir ki, Ermənistan təcavüzkar dövlətdir. Qətnamədə yazılıb ki, Avropa Şurasının bir ölkəsi Avropa Şurasının digər ölkəsinə qarşı təcavüz edibdir, təcavüzkar siyasət aparıbdır. Etnik təmizləmə siyasəti aparıb və bu siyasət nəticəsində 1 milyondan artıq qaçqın və köçkün yaranıbdır. Bu, Avropa Şurasının qəbul etdiyi qərardır. Başqa qərarlar da var.

İşğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma məsələsi bizim təşəbbüsümüzlə Birləşmiş Millətlər Təşkilatında müzakirə edildi. Baxmayaraq ki, Ermənistan tərəfi çalışırdı bunu pozsun. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlara gəlmişdi və orada qeyri-qanuni məskunlaşmanın şahidi olmuşdu və öz məruzəsində bunu əks etdirmişdir. Digər beynəlxalq təşkilatlar bu məsələyə daha da böyük diqqətlə yanaşırlar. Avropa İttifaqı bu məsələyə dair xüsusi elçi təyin edibdir. Təmasda olduğum bütün dövlət başçıları, etdiyim bütün səfərlər çərçivəsində tərəf-müqabillərim Ermənistan-Azərbaycan münaqişəsinə dair öz mövqelərini bildirmişlər. Bu, ya şifahi qaydada, yaxud da imzalanmış sənədlərdə öz əksini tapmışdır. Bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi öz əksini tapır. Bu, məsələnin siyasi tərəfidir.

İqtisadi tərəfə gəldikdə, indi Ermənistan ümumiyyətlə, bizə rəqib deyildir. Bizim hərbi büdcəmiz 300 milyondur. Mən hökumət qarşısında vəzifə qoymuşam və buna nail olacağıq ki, yaxın zamanlarda bizim hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsinə bərabər olmalıdır və bunu biz edəcəyik. Əgər mən bunu vəzifə kimi qoymuşamsa, buna nail olacağıq. Ermənistan gəlsin, bizimlə rəqabət aparsın.

Hüquqi tərəfə gəldikdə, artıq onu deməyə də ehtiyac yoxdur. Bunu hamı bilir ki, Ermənistan tərəfindən beynəlxalq hüquq normaları pozulubdur. Mən vaxtınızı çox almaq istəmirəm. Onu demək istəyirəm ki, bütün istiqamətlərdə Ermənistan uduzur. Nədir onların yeni hoqqabazlığı? Belə bir rəy yaratmaq istəyirlər ki, guya Azərbaycanda demokratiya yoxdur, Azərbaycan demokratik ölkə deyil, Azərbaycanda insan haqları pozulur. Nə bilim, Azərbaycanda avtoritar hakimiyyət mövcuddur və belə olan təqdirdə Dağlıq Qarabağda yaşayan ermənilər, - guya orada demokratiya çox inkişaf edibdir, - Azərbaycan kimi totalitar ölkədə yaşaya bilməzlər. Yəni bəzi xarici dairələr tərəfindən Azərbaycana qarşı iradlar buna əsaslanır. Təkcə buna deyil, başqa amillər də var. Mən bu barədə artıq dedim - ölkəmizin inkişafı, ölkəmizin gələcəyi və əhəmiyyəti. Ancaq bu amil də çox güclüdür.

Ona görə erməni lobbisi çalışır ki, Azərbaycanı ləkələsin, qeyri-demokratik ölkə kimi təqdim etsin. Biz də buna öz cavabımızı verməliyik. Bizim cavabımız bizim siyasətimizdir. Bizim siyasətimiz xalq tərəfindən bəyənilir, dəstəklənir və mən bu istəyə, dəstəyə əsaslanaraq ölkəni idarə edirəm. Mən bu etimadı doğrultmalıyam. Biz hamımız doğrultmalıyıq. Hamı - hər bir vətəndaş, hər bir vəzifəli şəxs hərə öz yerində öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir.

Azərbaycanı istəməyən qüvvələr var və onların çox böyük maliyyə imkanları, çox böyük əlaqələri var. Mən qeyd etdim ki, bəzi siyasətçilər, - əgər onları siyasətçi adlandırmaq mümkündürsə, - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin pozulmasına çalışırdılar. Baxın, dünyada nə qədər kəmər tikilir. Qazaxıstandan Rusiyaya kəmər tikildi. Heç kim demədi ki, bu, ekologiyaya mənfi təsir göstərəcəkdir. O kəmər bu kəmərdən nə ilə fərqlənir? Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəməri, “Mavi axın” kəməri tikildi. Heç kim demədi ki, bu, ekologiyaya təsir göstərə bilər. Halbuki, əgər orada, dənizin dibində hansısa partlayış, yaxud da problem yaranarsa, görün, bu, nə qədər böyük ekoloji fəlakət olacaqdı. Yaxşı, bizim kəmər nə üçün burada təhlükə yarada bilər?

Mən bu məsələlərlə on il ərzində bilavasitə məşğul olan adam kimi, bütün bunları yaxşı bilirəm. Bilirəm, nə qədər böyük səylər göstərdilər ki, bu, baş tutmasın, amma alınmadı. Heydər Əliyevin qətiyyəti, onun cəsarəti, müdrikliyi, onun siyasi təcrübəsi və dünyadakı siyasi əlaqələri imkan vermədi ki, ermənilər öz çirkin arzularına çatsınlar. İndi Bakı-Tbilisi-Ceyhan kəməri artıq reallıqdır. Bunu istəməyən də bilir, buna tərəfdar olan da sevinir.

Qaz kəməri də çəkiləcəkdir. Artıq işlər gedir. Bakı-Ərzurum qaz kəməri də tikilir. İndi biz yeni layihə - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi üzərində işləyirik. Bu da çox önəmlidir. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından. Bu dəmir yolu Azərbaycanı Türkiyə ilə birləşdirməlidir. Ondan sonra Türkiyəni Azərbaycan vasitəsilə Orta Asiya dövlətləri ilə birləşdirməlidir. Biz bunun üzərində işləyirik. Mən bu məsələni həm Türkiyə, həm də Gürcüstan rəhbərliyi ilə mütəmadi qaydada müzakirə edirəm. İndi texniki-iqtisadi əsaslandırma hazırlanır. Azərbaycan açıq bəyan edib ki, bu texniki-iqtisadi əsaslandırma hazır olan kimi, biz öz tərəfimizdən bu layihənin gerçəkləşməsində iştirak edəcəyik, maliyyə öhdəliyi də götürməyə hazırıq.

Ancaq görün, nələr baş verir. Yenə ermənipərəst qüvvələr müxtəlif ölkələrdə bəyan edirlər ki, bu dəmir yolu layihəsi həyata keçməməlidir. Nə üçün? Axı, bu, regional inkişaf əlamətidir. Regional əməkdaşlıq çərçivəsində həyata keçirilən bir layihədir.

Gürcüstan, Türkiyə, Azərbaycan enerji sektorunda artıq regional əməkdaşlıq edirlər. İndi bu dəhlizə Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı, Orta Asiya dövlətləri də qoşulacaqdır. Bu, kimə bir problem yaradar? Kimə çətinlik yaradar? Əksinə, bütün ölkələr fayda götürəcəkdir. Burada kim fayda götürməyəcək, kim uduzacaq? Ermənistan. Çünki əgər biz buna nail olsaq, ermənilər tamamilə təcrid olunmuş vəziyyətdə qalacaqlar və bu, onların gələcəyinə, o qədər də aydın olmayan gələcəyinə əlavə problem yaradacaqdır.

Baxın, bir balaca Ermənistana görə, - hansı ki, dünya üçün heç bir əhəmiyyət kəsb etmir, orada nə nəqliyyat dəhlizi keçir, nə enerji dəhlizi keçir, onun nə təbii ehtiyatları var, nə coğrafi-strateji əhəmiyyəti var, - bu böyüklükdə layihəni pozmaq istəyirlər. Bu, nəyi göstərir? Bir daha göstərir ki, bu, erməni lobbisinin fəaliyyətidir. Yoxsa, Ermənistan nə ölkədir ki, burada o qədər böyük təsirə malik olsun? Bu, lobbi məsələsidir. Bizə qarşı duran budur. Bizimlə müharibə aparan onlardır - həm onların pulları, həm siyasi dayaqları, həm də, necə deyərlər, onların təsiri altında olan bəzi riyakar siyasətçilər.

Biz buna hazır olmalıyıq və hazırıq. Biz öz siyasətimizi inamla aparırıq. Azərbaycanda bütün sahələrdə böyük quruculuq işləri gedir və bundan sonra da gedəcəkdir. Belə olan halda, bizim daxili təhlükəsizliyimiz çox önəmli məsələyə çevrilir. Bu təhlükəsizliyin qorunmasında Sərhəd Qoşunlarının böyük rolu var, məsuliyyəti var.

Bir daha demək istəyirəm ki, mən sizin fəaliyyətinizdən razıyam. İstəyirəm ki, işlər daha da sürətlə getsin və mən öz tərəfimdən bütün lazımi qərarları verəcək, tədbirlər görəcəyəm.

Sizi qarşıdan gələn bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

X X X

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətində 1930-cu illərdə tikilmiş binada yerləşən təcridxana kameralarını, kazarmanı, mühafizə təminatı taborunun otaqlarını gəzdi, burada aparılan təmir-bərpa işləri ilə maraqlandı.

Dövlətimizin başçısı Dövlət Sərhəd Xidmətinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, şəxsi heyətlə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub