Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz kursantlar, zabitlər, generallar!

Əziz məzunlar!

Hörmətli qonaqlar!

İlk növbədə, sizin hamınızı qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu gün çox əlamətdar bir gündür. Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi özünün üçüncü buraxılışını qeyd edir. Bu gün burada yeni zabit kadrları buraxılır. Gözəl hazırlaşmış, təhsil almış zabitlər ordumuza daxil olurlar. Mən sizin hamınızı bu münasibətlə də təbrik edirəm.

Üç il bundan əvvəl Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılışı olmuşdur. Biz o günü çox yaxşı xatırlayırıq. Xalqımızın ümummilli lideri Heydər Əliyev o təntənəli mərasimdə iştirak etmiş, öz ürək sözlərini demişdi, məzunları təbrik etmişdi. Üç ildən sonra biz bu gün burada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini açdıq. Bu, çox gözəl abidədir və ümid edirəm ki, Heydər Əliyevin adı verilmiş Ali Hərbi Məktəb bu adı fərəhlə, şərəflə daşıyacaqdır.

Xalqımızın ümummilli lideri orduya, ordu quruculuğuna həmişə böyük diqqətlə yanaşmışdır. Onun fəaliyyətinin ən önəmli istiqaməti məhz orduya diqqət göstərmək, ordu quruculuğuna xidmət etməkdən ibarət idi. Xalqın tələbi ilə 11 il bundan əvvəl Azərbaycana rəhbərliyə gəlmiş Heydər Əliyev sonrakı illər ərzində Azərbaycana böyük töhfələr vermişdir. Dövlətimizi gücləndirmiş, Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz etmişdir. Daim xalqa arxalanaraq Azərbaycanı hərtərəfli inkişaf etdirmişdir. On bir il bundan əvvəl Azərbaycanın iqtisadi, siyasi, sosial vəziyyəti tamamilə başqa idi. Ölkə böhran içində idi, Azərbaycanda çox xoşagəlməz proseslər baş verirdi və ölkənin gələcəyi, müqəddəratı şübhə altında idi. Vətəndaş müharibəsi, qarşıdurma, yaşanan iqtisadi, siyasi, hərbi böhran ölkəmizi çox çətin vəziyyətə salmışdı. Demək olar ki, Azərbaycanın gələcəyi, onun müstəqilliyi böyük təhlükə altında idi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, apardığı müdrik siyasət ölkəni bu bəladan qurtardı və Azərbaycan inkişaf etməyə başladı.

Azərbaycanın hər bir sahəsi inkişaf etdi. Bu gün ölkəmiz dünya birliyinin layiqli üzvüdür. Azərbaycan iqtisadi potensialına görə bölgədə liderliyi əldə saxlayır və bunu getdikcə gücləndirir. Ölkədə sosial məsələlər, problemlər öz həllini tapır. Əlbəttə ki, ordu quruculuğunda da böyük uğurlar əldə olunmuşdur.

1993-cü ildə orduda vəziyyət çox çətin idi. Demək olar ki, nizami ordu yox idi, ayrı-ayrı silahlı birləşmələr mövcud idi. Müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycanda ordu quruculuğu prosesi bu gün də çox sürətlə gedir.

Bildiyiniz kimi, Azərbaycanda bütün sahələrdə Heydər Əliyevin siyasəti yaşayır və davam etdirilir. Mən prezident seçkiləri ərəfəsində bu siyasətə sadiq olduğumu bəyan etmişdim. Seçkilərdən keçən dövr ərzində əməli-praktiki addımlarla, qəbul etdiyim qərarlarla bu siyasətə sadiq olduğumu təsdiq etmişəm. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət ölkəmizi daha da inkişaf etdirəcək, ölkəmizi hərtərəfli gücləndirəcəkdir.

Azərbaycan beynəlxalq aləmdə öz yerini möhkəmləndirir, iqtisadi inkişaf baxımından ölkəmiz son 7-8 ay ərzində böyük uğurlar əldə etmişdir. Azərbaycanda sosial məsələlər öz həllini tapır, insanların həyat səviyyəsi yüksəlir.

Əlbəttə, ordu quruculuğunda da görülmüş işlər deməyə əsas verir ki, artıq bu istiqamətdə önəmli addımlar atılmışdır. Mən orduda gedən proseslərlə mütəmadi olaraq maraqlanıram, əlaqə saxlayıram və bu məsələlər daim diqqət mərkəzindədir. Mən çox şadam ki, Azərbaycanın ordusu güclənir, inkişaf edir. Bu yaxınlarda Naxçıvanda və Gəncədə hərbi hissələrdə olarkən bir daha əmin oldum ki, orduda gedən proseslər müsbətdir. Ordunun maddi-texniki bazası güclənir, şəxsi heyətin hazırlıq, peşəkarlıq səviyyəsi yüksəlir. Bu istiqamətdə gələcəkdə də addımlar atılacaqdır. Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çox önəmli addımlar atılır və bundan sonra da atılacaqdır.

Azərbaycan inkişaf edən bir ölkədir. Heydər Əliyevin siyasəti nəticəsində aparılan iqtisadi islahatlar ölkəmizi iqtisadi cəhətdən gücləndirmişdir. Təbii ki, iqtisadi potensialı güclü olan ölkələrin güclü orduları vardır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, kasıb ölkələrdə güclü ordu ola bilməz. Ona görə Azərbaycan zəngin ölkə olmalıdır. Azərbaycan güclənməlidir. Bunu etmək üçün bütün imkanlar vardır. Xalqın iradəsi var, aparılan siyasətin gözəl nəticələri var və Azərbaycan xalqının dəstəyi vardır.

Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadi siyasət ölkəmizi daha da gücləndirəcəkdir. On il bundan əvvəl başlanmış Heydər Əliyev neft strategiyası bu gün özünün gözəl nəticələrini verməkdədir. Bu strategiya əsasında görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin hesabına ölkə iqtisadiyyatına böyük həcmdə sərmayə gətirilmişdir. 1993-cü ildə boş olan xəzinə bu gün böyük maliyyə resurslarına malikdir. Görülən bütün bu işlər imkan verəcək ki, Azərbaycan gələcəkdə də hərtərəfli inkişaf etsin, öz iqtisadiyyatını şaxələndirsin və ordu quruculuğunda da daha böyük nəticələr əldə edə bilsin. Bu, bizim məqsədimizdir. Mən şübhə etmirəm ki, biz bu məqsədə nail olacağıq.

Azərbaycanın qarşısında böyük problemlər var. Onların arasında ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Qarşımızda duran digər məsələlər öz həllini tapır. Qeyd etdiyim kimi, Azərbaycanın beynəlxalq nüfuzu artır, Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yerləri tutur. Dünyada Azərbaycanla hesablaşırlar və apardığımız xarici siyasət bizə imkan verəcək ki, ölkənin milli maraqları daha da böyük həcmdə müdafiə olunsun.

İqtisadi inkişaf istiqamətində aparılan işlər deməyə əsas verir ki, bu problemlər də öz həllini tapacaqdır, Azərbaycan yaxın zamanlarda daha zəngin ölkəyə çevriləcəkdir. Sosial məsələlərin həlli qarşımızda duran ən vacib problemlərdən biridir. Bu istiqamətdə də önəmli addımlar atılır və bundan sonra da atılacaqdır. Əmək haqlarının, pensiyaların, sosial ödənişlərin artırılması istiqamətində işlər görüləcəkdir. Biz çalışmalıyıq və çalışırıq ki, Azərbaycanın hər bir vətəndaşı ildən-ilə daha yaxşı yaşasın, onun güzəranı daha da yaxşılaşsın, qarşısında duran sosial məsələlər öz həllini tapsın. Mən şübhə etmirəm ki, biz bu məsələləri də həll edəcəyik.

Amma Azərbaycanın ən böyük problemi, qeyd etdiyim kimi, torpaqlarımızın işğal altında qalmasıdır. Azərbaycan xalqı heç vaxt bununla barışmayacaq, heç vaxt imkan verməyəcək ki, torpaqlarımız işğal altında qalsın. Bizim işimiz haqq işidir. Azərbaycan heç kimin torpağını zəbt etməyibdir. Heç kimin ərazi bütövlüyünü pozmayıbdır. Əksinə, biz bu təcavüzün qurbanlarıyıq. Azərbaycan xalqı bu təcavüzdən əziyyət çəkir. Bu onu göstərir ki, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Əlbəttə, biz çalışmalıyıq və bütün dünya ictimaiyyəti, bu məsələ ilə bilavasitə məşğul olan qurumlar məhz beynəlxalq hüquq normalarını üstün tutmalıdır. Azərbaycanın tam haqqı var ki, öz torpaqlarını azad etsin. Beynəlxalq hüquq normaları bizə belə bir imkan yaradır. Biz istəyirik ki, bunu sülh yolu ilə həll edək. Amma bilirsiniz ki, sülh danışıqları heç bir nəticə vermir.

On ildən artıqdır ki, sülh danışıqları aparılır, ortalıqda da bir nəticə yoxdur. Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışa bilməz. Biz tələb edirik ki, bu məsələ tezliklə, ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.

Biz hələ ümid edirik ki, bunu sülh yolu ilə həll edə bilərik. Amma eyni zamanda, hər an torpaqlarımızın azad edilməsi istiqamətində addımlara hazır olmalıyıq. Bunu etmək üçün ordumuz daha da güclü, peşəkar olmalıdır. Ordumuzun maddi-texniki bazası daha da möhkəmlənməlidir. Biz bunu edirik və edəcəyik. Bu gün Azərbaycanın iqtisadi potensialı Ermənistandakından üç-dörd dəfə böyükdür. Ölkədə aparılan iqtisadi islahatlar, iqtisadi siyasət, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı Ermənistandakından on dəfə güclü olacaqdır. Bunun nə demək olduğunu hamımız yaxşı bilirik.

Siz görürsünüz ki, mənim fəaliyyətimin əsas istiqamətlərindən biri də ordunu gücləndirməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ibarətdir. Biz güclü orduya malikik, amma hər gün, hər an bu istiqamətdə daha da böyük addımlar atmalıyıq. Mən şübhƏ etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Şübhə etmirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Amma, əlbəttə, biz istərdik, bu, sülh yolu ilə həll olunsun.

Qeyd etdiyim kimi, ölkədə sosial siyasət istiqamətində önəmli addımlar atılır. O cümlədən orduda xidmət edən şəxsi heyətin həyat səviyyəsinin yaxşılaşdırılması üçün addımlar atılıbdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Bir sözlə, mən bir daha demək istəyirəm ki, prezident seçkilərindən əvvəl xalqa təqdim etdiyim proqramlar uğurla həyata keçirilir. Azərbaycanın regionları inkişaf edir, qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramı çox uğurla həyata keçirilir. Ölkədə bir neçə ay ərzində minlərlə yeni iş yerləri açılıbdır. Büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqları qaldırılır. Ölkəmiz beynəlxalq aləmə daha inamla inteqrasiya edir. Ölkə iqtisadiyyatı böyük addımlarla inkişaf edir. Heydər Əliyevin təməlini qoyduğu, onun əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla inşa edilir. Biz bunun açılışını gələn il qeyd edəcəyik. Bir sözlə, Azərbaycan inamla addımlayır, çox uğurla inkişaf edir. Bunu təkcə biz deyil, bütün dünya ictimaiyyəti bilir və qəbul edir.

Əziz dostlar!

Bu gün, həqiqətən, Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Heydər Əliyev adına Ali Hərbi Məktəb öz məzunlarını buraxır. Mən üç il bundan əvvəl burada keçirdiyimiz mərasimi bir daha xatırlatmaq istəyirəm. Mən xatırlayıram ki, xalqımızın ümummilli lideri Heydər Əliyev o mərasimə çox sevinirdi. Çox böyük qürur hissi keçirirdi ki, Azərbaycan ordusunda hazırlıqlı, peşəkar zabitlər xidmət edəcəklər. Artıq üçüncü ildir ki, bu hərbi məktəb öz məzunlarını buraxır. Əminəm ki, onlar ordumuzda ləyaqətlə xidmət edəcəklər.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı arzulayıram. Sizə Vətən uğrunda xidmətinizdə yeni-yeni uğurlar diləyirəm. Sağ olun.

X X X

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev mərasimdə çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb